Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 » #
    Jurnalist xərcləmədən 10 il maaşını yığsa belə, yenə ev ala bilməz
    Sevil Yusifova: «Əgər bu gün jurnalistin normal bir mənzildə yaşamaq imkanı və şəraiti yoxdursa, biz ondan heç cür peşəkarlıq tələb edə bilmərik»

    Milli mətbuatımızın yubileyi ərəfəsində söhbətləşdiyimiz həmkarlarımız daha çox jurnalistlərin sosial problemlərinin həll olunacağına ümid edirlər. Dövlət başçısının məlum Sərəncamına isə jurnalistlər ürəklərindəki arzuları gerçəkləşdirəcək mühüm sənəd kimi baxırlar.
    “Həmkar” rubrikamızın növbəti qonağı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) prezidenti Sevil Yusifova da bu fikirdədir:

    Ümid dolu nəzərlər

    - Milli mətbuatın qarşıdan gələn bayramından nə gözləyirsiniz? 

    - Jurnalistlər milli mətbuatın yubileyini ümid dolu nəzərlərlə gözləyirlər. Söhbət sıravi jurnalistlərdən gedir. Mətbuatın 135 illiyində onlar üçün böyük sürprizlər olmalıdır. Əlbəttə, biz də buna inanmaq istəyirik. Jurnalist Qadınlar Assosiasiyası olaraq biz də öz adımızdan müraciətlər hazırlamışıq. Bilirsiniz ki, dövlət başçısı yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən bir çox jurnalistlər fəxri adlarla, mükafatlarla təltif olunacaqlar.
    25.06.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək”
    Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə verib. AZADİNFORM AzərTAc-a istinadən həmin müsahibəni təqdim edir.

    -Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz. Ümumiyyətlə, istərdik ki, bu zirvə toplantısındakı çıxışınız, bu görüşləriniz barədə məlumat verəsiniz.

    -Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, bu gün və dünən apardığım danışıqlar, keçirdiyim görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir.
     
    -Cənab Prezident, Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə bəyan etmisiniz ki, Ermənistan Madrid prinsiplərinə cavab verməsə, “yox” desə ölkənin mövqeyi, qəti iradəsi ortaya qoyulacaqdır. Amma Ermənistan cavab verməsə, nə baş verəcəkdir?
    09.06.10 Məqaləni oxumaq
     
    Əjdərbəy məscidi möhtəşəmliyini daha da artıracaq
    Hacı Mirəziz Seyidzadə: «Dindarlar prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir»

    Bu gün fəxrlə demək olar ki, Azərbaycan dini dözümlülük və tolerantlıq baxımından  dünyaya nümunə göstərilir. Ölkəmizin ərazisində bütün dinlərdən olan şəxslərin yaşayıb fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dini dözümlülük, başqa dinlərə və mədəniyyətlərə, soykökünə hörmət hissi yarandı. Aparılan siyasət bu gün prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qafqaz Müsəlmanları İdarəsi Elm və təhsil şöbəsinin müdiri, Elmi Dini Şura və Qazilər Şurasının üzvü, fəlsəfə elmləri namizədi Qazi Hacı Mirəziz Seyidzadə ölkə rəhbərliyinin bu istiqamətdəki işlərini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ölkə rəhbərliyi insanların dini etiqad azadlığını əsas tutaraq onların ibarət etməsi üçün hər cür imkanlar yaradır, dini ibadətgah yerləri təmin edilir, yenidən qurulub dindarların istifadəsinə verilir. Elə bu günlərdə də ölkə prezidenti İlham Əliyev Əjdərbəy məscidinin  bərpa işlərinə 3 milyon manat vəsait ayırıb.

    - Əlbəttə, prezident İlham Əliyevin Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılması ilə bağlı sərəncamı ruhanilərin, dindar vətəndaşlarımızın böyük sevincinə səbəb olub. Bu məscidin bərpası istiqamətində Qafqaz Müsəlmanları İdarəsi də bir sıra işlər görüb.
    29.05.10 Məqaləni oxumaq
     
    Politoloq Elman Nəsirov: “Ermənistan qondarma “DQR”da bu cür “seçkiləri” ABŞ-dan aldığı yardımlarla keçirir”
    Separatçı “DQR”də keçirilən “seçkilər” Azərbaycanın kəskin etirazı ilə yanaşı, əksər dünya dövlətləri və beynəlxalq təşkilatların tənqidi ilə qarşılandı. Buna baxmayaraq Ermənistan bu təzyiqləri qulaqardına vuraraq “seçkiləri” keçirdi.

    Azərbaycan Respublikası Prezidenti yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, tarix elmlər namizədi, politoloq Elman Nəsirov regionda baş verən bu və ya digər proseslərlə bağlı bizə müsahibə verib. 

    - Elman müəllim, ermənilər qondarma “DQR” “seçkilər” keçirdilər. Bu hadisəni istər münaqişənin həllində, istərsə də regionda siyasi proseslərə təsiri baxımından necə qiymətləndirərdiz?

    - İlk növbədə qondarma respublikada belə “seçkilər”in keçirilməsi faktiki olaraq özü beynəlxalq hüquqa ziddir və heç bir halda Qarabağ münaqişəsinin həlli perspektivinə xidmət etmir. Əslində bu ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin fəaliyyətini kölgə altına alan addımdır. Eyni zamanda bu seçki oyunu həmsədrlərin son irəli sürdükləri yenilənmiş Madrid prinsiplərinin reallaşa biləcək mexanizminin üstündən xətt çəkə biləcək bir hadisədir. Yəni, nəticə etibarı ilə regionda sülhə və sabitliyə xidmət etməyən bir addımdır. Amma, belə “seçkilər”in prinsip etibarı ilə niyə keçirilməsinin, beynəlxalq təzyiqlərdən çəkinmədən belə addımın niyə atılmasının motivlərini başa düşmək mümkündür.
    26.05.10 Məqaləni oxumaq
     
    Professor İlham Məmmədzadə: “Tənqid işi həmişə yaxşılığa apara bilər”
    AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bizə müsahibə verib.  

    - İlham müəllim son zamanlar Azərbaycan elminin vəziyyəti aktual mövzuya çevrilib. Bu sahədə mövcud vəziyyət nə səviyyədədir, bir sözlə elmin inkişafı üçün hansı yollar axtarılmalıdır.

    - Mən hesab edirəm ki, elmdə müsbət dəyişikliklər yaratmaq üçün ilk növbədə beynəlxalq elmi münasibətləri qurmaq lazımdır. Nə qədər çox alimimiz Azərbaycanda və xaricdə keçirilən beynəlxalq səviyyəli konfranslarda iştirak etsə, bu, elmdə inkişafa apara bilər. Beynəlaxalq jurnallarda çap olunmaq mütləq lazımdır. Son vaxtlar Akademiya və bizim institut da çalışır ki, alimlərimiz beynəlxalq konfranslarda fəal iştirak etsinlər. Bu konfranslar bir növ ictimai işlərlə də bağlı ola bilər, amma sırf elmi konfranslarda iştirak etmək lazımdır. Məsələn, mən bir-iki məqamı qeyd etmək istərdim. Aprel ayının ortalarında Ukrayna Milli Elmlər Akademiyası Fəlsəfə İnstitu ilə beynəlxalq Dəyirmi masa keçirmişik, həmdə birgə jurnallarda fəal iştirak etmək üçün Saziş imzalamışıq. Bu sənəd həm Ukrayna, həm də Azərbaycan alimləri üçün müəyyən qədər yaxşı haldır. Bilirsiniz ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir neçə dəfə qeyd edib ki, fəlsəfə elminin müəyyən metodoloji işləri lazımdır ki, o biri ictimai elmlər də inkişaf etsin. Biz də bu göstərişi reallaşdırmaq üçün bu konfransı keçiririk. Mayın 26-sı və 27-si “Fəlsəfə elmi, incəsənət elmi və metodoloji məsələlər” mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Bundan əlavə iyun ayında növbəti beynəlxalq konfrans keçirəcəyik və Rusiyadan tərkibində 4 akademik olan 15 nəfərlik nümayəndə heyəti gələcək. Bu üç konfrans onu göstərir ki, bizim alimlərimiz bu səviyyəli konfranslarda iştirak edəcək, digər ölkələrin tanınmış alimlərini eşidəcəklər və özləri də işlərini göstərəcəklər.
    25.05.10 Məqaləni oxumaq
     
    Yeni körpülərin tikintisi yollarda tıxac problemini həll edir
    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev: «Yeni körpülərin tikintisi başa çatdıqdan və yolların genişləndirilməsi prosesi tamamlandıqdan sonra paytaxtda tıxac problemi tamamilə aradan qaldırılacaq»

    Bu gün Azərbaycan Respublikasında dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin ümumi inkişafı və mövcud problemlərin aradan qaldırılması yolunda daim səylə çalışan strukturlar arasında Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi fərqlənir. Göstərilən strukturun əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai asayişin qorunması sahəsində vaxtaşırı iş aparırlar. BDYPİ-nin konkret fəaliyyətinə dair suallarla qəzetimizin əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyevə müraciət etdilər.

    - Ötən ilin nəticələrinə görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində hansı işlər görülüb?

    - Ötən ilin nəticələrinə əsasən, deyə bilərik ki, hər il olduğu kimi 2009-cu ildə də yol hərəkəti qaydalarının pozulması halları və yol-nəqliyyat hadisələri baş vermişdir. Əsas işlər xüsusən paytaxtın mərkəzində yolların genişləndirilməsi ilə bağlı olmuşdur. Əlbəttə, yolların genişləndirilməsi zamanı da bəzi müvəqqəti problemlər yaranır, lakin onların hamısı yol polisi əməkdaşları tərəfindən uğurla həll olunur.
    12.05.10 Məqaləni oxumaq
     
    Tibbi xidmətin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib
    Səhiyyə sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr müsbət nəticələr verir

    Son bir neçə il ərzində ölkədə səhiyyə sahəsində müşahidə edilən müsbət tendensiyalar sübut edir ki, sözügedən sahədə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələr müsbət nəticələr verir. Respublikada tibb və səhiyyə sahəsinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin edilməsi üzrə genişmiqyaslı işlər aparılır. Dövlətimizdə Konstitusiya ilə təsbit olunmuş sağlamlıq hüququnun müdafiəsi üçün hər şey edilir. Bu və digər məsələlər barədə qəzetimizin əməkdaşları ilə müsahibə zamanı Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin sədri Leyla Seyidbəyova məlumat vermişdir.

    - Son bir neçə il ərzində cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində böyük inkişaf müşahidə olunur. Səhiyyə sahəsi də istina deyil. Bu barədə Sizin fikrinizi bilmək istərdik.

    - Səhiyyə sahəsindəki uğurlar respublika rəhbərliyinin həmvətənlilərimizin sağlamlığının müdafiəsinə göstərdiyi daimi diqqət nəticəsində əldə edilmişdir ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial istiqamətli siyasətin tərkib hissəsidir. Sözügedən sahədəki islahatlar ilk növbədə yeni tibb müəssisələrinin yaradılması, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi kimi istiqamətləri əhatə edir. Dövlət başçısı təməlqoyma və yeni tibb müəssisələrinin açılış mərasimlərində iştirak edir, tikinti və tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatı prosesi ilə maraqlanır. Məhz Prezident İlham Əliyevin diqqəti sayəsində son illər ərzində respublika ərazisində təxminən 300 tibb müəssisəsinin tikinti və təmir işləri başa çatdırılmışdır.
    06.05.10 Məqaləni oxumaq
     
    “Praqa prosesi çərçivəsində aparılan danışıqlar artıq sona yaxınlaşmaq üzrədir”
    Rasim Musabəyov son nöqtənin may ayında Moskvada qoyula biləcəyini proqnozlaşdırır

    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi uzunmüddətli intensivlikdən sonra yenidən durğunluq dövrünə qədəm qoymaqdadır. Azərbaycanın kompromis naminə razılaşdığı Madrid prinsiplərinin yeniləşmiş variantına Ermənistan tərəfindən hər hansı bir reaksiya yoxdur. Belə görünür ki, prinsiplərin müəyyən hissələri Ermənistanı qane etmir. Bir sözlə, işğalçı dövlət danışıqlar prosesini bir qədər də uzatmağa çalışır. Azərbaycanın isə buna vaxtı yoxdur. Ölkə rəhbərliyi bir neçə dəfə qəti şəkildə bəyan edib ki, ya Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən təqdim olunan Madrid prinsiplərinin yeniləşdirilmiş variantını qəbul edəcək, ya da Azərbaycan münaqişənin həlli ilə bağlı digər variantlara əl atmalı olacaq. Danışıqların bu mərhələsində prezident İlham Əliyevin Müdafiə Nazirliyində xüsusi müşavirə keçirməsi də diqqətdən yayınmır. Münaqişənin həlli prosesi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirmək üçün politoloq Rasim Musabəyova müraciət etdik.

    - Ermənistan tərəfi nə üçün danışıqlar prosesini uzatmaq istəyir?

    - Ermənilər danışıqları sonsuz şəkildə uzatmaqda maraqlıdırlar. Azərbaycan isə heç bir nəticə verməyən danışıqlarla bağlı qəti mövqe tutmaqdadır. Hiss olunur ki, rəsmi Bakının səbri tükənməkdədir. Artıq danışıqlara vasitəçilik edən həmsədr ölkələrin nümayəndələrinin də yorulduqları hiss olunur.
    30.04.10 Məqaləni oxumaq
     
    “Artıq erməni məsələsi Türkiyə-ABŞ münasibətlərində həlledici xarakter daşımır”
    Mübariz Əhmədoğlunun fikrincə, Vaşinqtonun əsas məqsədi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin Sürix protokollarının imzalanmasından öncəki vəziyyətə gətirilməsinə nail olmaqdır  

    Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi üzrə sammit Türkiyə-Ermənistan münasibətlərini yenidən gündəmə gətirdi. Sammitin işində iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək Sürix protokollarının imzalanmasından sonra yaranan problemləri müzakirə etdi. Sonra iki liderin görüşü amerikalı diplomatın iştirakıyla təkrarlandı. İndi belə bir şəraitdə bu prosesin hansı istiqamətdə irəliləyəcəyi sualları gündəmə gəldi. Biz də bu suallarla Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna müraciət etdik.

    - Mübariz müəllim, Vaşinqtonda keçirilən görüşlərin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verəcəyini proqnozlaşdırmaq olarmı?

    - Məncə, yox. Çünki hazırda Ermənistanla Türkiyə arasındakı münasibətlər Sürix protokollarının imzalanmasından əvvəlkinə nisbətən daha gərgindir. Mən deyərdim ki, hətta, düşmənçilik səviyyəsindədir. Xüsusilə də Ermənistan rəhbərliyində təmsil olunan şəxslər Türkiyə dövlətinin rəsmi şəxsləri haqqında diplomatik etiket qaydalarına uyğun gəlməyən ifadələr işlədirlər. Onlar Türkiyə rəsmilərinə «şərəfsiz» deyirlər, 1915-ci il hadisələri üçün Nürinberq Məhkəməsi istəyirlər.
    14.04.10 Məqaləni oxumaq
     
    "İsrail parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul edəcəyinə inanmıram"
    Yevda Abarmov məsələnin Knessetin gündəminə gəlməsini Türkiyəyə cavab kimi qiymətləndirir

    ABŞ və İsveçin ardınca yaxın günlərdə İsrail parlamentinin - Knessetinin uydurma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxaracağı və hətta bununla bağlı qətnamə qəbul edəcəyi ilə bağlı çeşidli məlumatlar dolaşmaqdadır. Son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşdiyi bir məqamda belə bir addımın atılması ehtimalı da artır. Azərbaycan parlamentinin yəhudi əsilli deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu məsələnin müzakirəyə çıxarılmasını təbii hesab edir, amma hər hansı qərarın qəbul edilməyəcəyinə inanır.

    - Yevda müəllim, sizcə, Türkiyə ilə uzun illər strateji müttəfiqlik münasibətlərində olan İsrail dövləti və onun qanunverici orqanı olan Knesset belə bir yanlış addıma gedəcəkmi? Bu məsələ Knessetdə müzakirəyə çıxarılarsa, bunu Türkiyə ilə son zamanlar yaşanan gərginliklərə İsrailin cavab addımı kimi qiymətləndirmək olarmı?

    - Siyasətdə ola biləcək hadisələr üçün sehrbazlıq etmək mümkün deyil. Amma ümumən götürdükdə, bu məsələ İsrail parlamentinin müvafiq komitəsində müzakirə edilə bilər. İsrail parlamentinin tarixində bu cür analoji hallar olub. Eyni zamanda, fikrinizlə müəyyən mənada razıyam ki, bu məsələnin müzakirəyə çıxarılması cəhdi bir revanşdır. Hesab edirəm ki, burada qəribəlik, qeyri-adilik yoxdur. Bunun olacağı qabaqcadan gözlənilən idi. Çünki Davos Forumundan - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Şimon Peresə qarşı məlum davranışından sonra artıq analitiklər bildirirdilər ki, həm ABŞ-da, həm İsraildə uydurma "erməni soyqırımı" məsələsi gündəmə gələ bilər.
    01.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30