Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MM-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi”i dinlənildi
03.04.10 03:00

Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Kəlbəcər rayonunun işğalından 17 il ötdüyünü bildirdi. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 822 nömrəli qətnamə qəbul edildiyini xatırladan O.Əsədov sənəddə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyri-şərtsiz azad olunmasının tələb edildiyini vurğuladı. Spiker prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini bildirdi.İclasda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunşdu. İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi”i dinlənildi. E.Süleymanova məruzədə ölkəmizdə 2009-cu ildə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qiymətləndirilməsi, insan hüquqları ilə bağlı vacib problemlərin vəziyyətinin təhlil edilməsi, pozulmuş insan hüquqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması üzrə müvəkkil tərəfindən aparılmış işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verdi. İclasda həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklərə baxıldı, Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi ilə bağlı Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu arasında imzalanmış Kredit Sazişi təsdiqləndi, Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edildi, eləcə də bir sıra digər qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olundu.
URL / WWW
http://kelam.az/article/a-999.html