Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Rektor BDU-nun reytinqinə və əcnəbi tələbələrin daha çox cəlbinə zərər verən amillərdən danışdı
02.04.10 19:28

Yataqxanalardan məcburi köçkünlərin çıxarılması üçün vəsait ayrılıb və bu prosses tədricən baş verəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov verib. Rektor əmin olduğunu bildirib ki, ilk növbədə BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. Onun sözlərinə görə, BDU-nun yataqxanalarının 99 faizində məcburi köçkünlər yaşayır. “Universitet yataqxanalarında tələbələrdən heç kim qalmır. Buna görə də biz çox xahiş etmişik ki, yataqxanaların köçürülməsinə bizim universitetdən başlasınlar. Belə bir plan da var. Yaxın vaxtlarda bu işə başlanılacaq”,-deyən A.Məhərrəmov əlavə edib ki, hazırda BDU-nun yataqxanalarının 9 korpusunun hamısında 5 minə yaxın məcburi köçkün ailəsi yaşayır. “Hazırda Bakı Dövlət Universitetində 1500-ə yaxın xarici ölkə vətəndaşı təhsil alır. Bu, ötən illərə nisbətən çox böyük rəqəmdir. Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin 50 faizi bizim universitetin payına düşür. Universitetdə məcburi köçkünlərin məskunlaşması Bakı Dövlət Universitetinin reytinqinə, əcnəbi tələbələrin daha çox cəlbinə zərər verir. Ona görə də biz yataqxanalarımızın boşaldılmasında ictimaiyyətdən daha çox maraqlıyıq. Bu binalar artıq öz istismar müddətini başa çatdırıb. Bu binaların artıq 65 yaşı var. Binalardan istismar müddətində qeyri-mütənasib istifadə ediblər, mərtəbələrə su axıdıblar, kanalizasiya sistemi normal işləməyib. Ona görə də biz fikirləşirik ki, bu vəziyyətdə həmin binaları təmir edək, yoxsa onları sökək. Yəqin bununla bağlı da dövlət müvafiq qərar qəbul edəcək”,-deyə A.Məhərrəmov məsələyə belə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-998.html