Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU və Azərbaycan Tibb Universitetinin ötən il əcnəbilərdən gələn illik gəliri ayrı-ayrılıqda 1 mln. manat olub
02.04.10 19:28

Azərbaycanda əcnəbi tələbələrin təhsili üçün lazımi potensial var və onların ölkəmizə axınına mane olan bəzi problemləri aradan qaldırmaq lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə fikirləri təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. E.Qasımov bildirib ki, əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı problemlərdən biri onların yataqxana ilə təminatı problemidir. Nazir müavini rektorlardan xahiş edib ki, bu məsələyə diqqət yetirilsin və Bakıda yataqxana tikmək istəyən iş adamları ilə danışıqlar aparılsın. O, ali təhsil müəssisələrində təhsil haqqının çox olduğunu da əcnəbilərin Azərbaycanda təhsilinə mane olduğunu istisna etməyib və rektorlardan bu məsələyə də yenidən baxılmasını xahiş edib. Ali təhsil müəssisələrində təhsil alan əcnəbilərdən gələn gəlirlərin heç da az olmadığını diqqətə çatdıran E.Qasımov bildirib ki, hesablamalara görə, ötən il Bakı Dövlət Universitetinin (BDU) əcnəbilərdən gələn illik gəliri 1 mln. Azərbaycan Tibb Universitetinin (ATU) 1 mln., Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) isə 600 min manata yaxın olub.
URL / WWW
http://kelam.az/article/a-997.html