Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanın 45 ali təhsil müəssisəsində 6813 əcnəbi təhsil alır
03.04.10 02:28

Bu gün Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda kollegiya iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov və ali məktəb rektorlarının iştirakı ilə keçirilən iclasda əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı nazir müavini Elmar Qasımovun təqdimatı olub. E.Qasımov bildirib ki, iclasın əsas müzakirə obyekti əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcənbilərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırlması, ali məktəblərdə onlar üçün fəaliyyət göstərən hazırlıq fakültə, mərkəz və şöbələrin maddi-texniki bazalarının təkmilləşdirilməsidir. O qeyd edib ki, əcnəbi vətəndaşlar ölkəmizin ali təhsil müəssisələrində bakalavr, magistratura və aspirantura pilləsində təhsil alır. Hazırda ölkəmizin 45 ali təhsil müəssisəsində 6813 əcnəbi təhsil alır. Onlar əsasən Azərbaycanda mühəndislik-texniki-inşaat, humanitar, pedaqoji, tibb, iqtisadiyyat, idarəetmə, mədəniyyət və incəsənət, aqrar ixtisaslarında təhsil alır. Əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, İran və Çin vətəndaşları təşkil edir. Onların əksəriyyəti Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Memarlıq və İnşaat Universitetlərində (AMİU) təhsil alır. Qeyd edək ki, təqdimatda məsələ ilə bağlı müxtəlif problemlərlə yanaşı, bir sıra dünyanın aparıcı 100 universiteti sırasına daxil olan universitetlərdə əcnəbi tələbələrin təhsili ilə bağlı müvafiq təcrübə nümayiş olunub.
URL / WWW
http://kelam.az/article/a-996.html