Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəhbəri: “Azərbaycanın xarici siyasətində qardaş Türkiyənin xüsusi yeri var”
01.04.10 19:23

Müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb. İqtisadi yüksəlişin təməlini qoyan “Əsrin müaqviləsi” imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənib. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyəyə səfəri çərçivəsində Qazi Universiteti tələbələri qarşısında çıxışı zamanı açıqlama verib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bütün varlığıı ilə öz xalqına xidmət göstərdiyini bildirən R.Mehdiyev dövlət başçısının bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan etdiyini söyləyib. “Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir və ümumi daxili məhsulun artım həcminə görə dünyada da liderdir. Xarici siyasət isə balanslaşdırılmış təməldə aparılır. Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri vardır. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənmiş və Türkiyəyə də dəstək olmuşdur”,-deyə R.Mehdiyev əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-995.html