Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib
02.04.10 03:23

Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə paytaxtdakı diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı vəhşiliklər və cinayətlər barədə geniş məlumat verib, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymətin verdiyini diqqətə çatdırıb. Səfir ermənilərin Türkiyəyə qarşı qaldırdıqları soyqırımı iddiasının tamamilə yalan və əsassız olduğunu diqqətə çatdırıb. Sonra səfir xalq şairi Zəlimxan Yaqubun Azərbaycandan Orta Asiyaya sürgün olunmuş və represiyaya məruz qalmış soydaşlarımıza həsr etdiyi, Almatıda Azərbaycan dilində çap olunmuş “Sürgün” kitabı haqqında məlumat verib. Səfirliyin müşaviri İlqar Cabbarov, “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Alaferdov, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, “Türkel” qəzetinin redaktoru Ramiz Məşədihəsənli, Almatıda şap edilən “Vətən” qəzetinin redaktoru Xökümə Xəlilova, professor Akif Rəfibəyli, iş adamı Qiyas Xəlilov və başqaları 1918-ci ilin mart qırğınlarının səbəb və nəticələri barədə ərtaflı məlumat verib. Səfirlik tərəfindən hazırlanmış məlumatlar toplusu Qırğızıstan parlamentinə, Xarici İşlər Dövlət Nazirliyinə, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara göndərilib.
URL / WWW
http://kelam.az/article/a-993.html