Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-nun bir qrup müəllim və tələbə heyəti Norveçə gedəcək
02.04.10 02:23

İyunun 26-dan avqustun 6-dək Azərbaycan Dillər Universitetinin (ADU) 9 nəfər müəllim və 10 nəfər tələbə heyəti Oslo Universitetində Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün Norveçə gedəcəklər. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən xəbərə görə, bu barədə məlumat rektor Səməd Seyidovun Norveçin ölkəmizdəki səfiri Yon Ramberqlə görüşündə səslənib. Görüşdə universitetlərarası layihənin uzadılması, ADU-nun nəzdində fəaliyyət göstərən Skandinaviya Mərkəzinin fəaliyyəti, universitetdə Norveç dilinin tədrisi, həmçinin ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisasının inkişafından söhbət açılıb. Universitetdə Bolonya prosesinin tətbiqindən danışan S.Seyidov bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında azərbaycanlı müəllimlərlə bərabər Norveç dilinin tədrisi ilə məşğul olan norveçli pedaqoqlar da fəaliyyət göstərir. Y.Ramberq Oslo Universitetində ADU-nun müəllim və tələbələrinin Beynəlxalq Yay Məktəbində iştirak etməsini azərbaycanlı müəllimlərin təkmilləşdirilməsi baxımından yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-992.html