Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sınaq imtahanlarında iştirak etmək üçün 31 538 abituriyent qeydiyyatdan keçib
01.04.10 19:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarını cari il aprelin 4-dən etibarən respublikanın 18 şəhərində həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31 538 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur. Növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Aprel ayının 4-ü və 11-də sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq. Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-991.html