Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rəcəb Tayyib Ərdoğan ABŞ-a gedəcək
31.03.10 19:54

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. KƏLAMİNFO Sky Türk telekanalına istinadən xəbər verir ki, R.T.Ərdoğan ABŞ-da 12-13 aprel tarixlərində keçiriləcək "Nüvə sammiti"nə qatılacaq. Türkiyənin ABŞ-dan geri çağrılan səfiri Namiq Tan isə Birləşmiş Ştatlara R.T.Ərdoğandan bir gün əvvəl yola düşəcək. Qeyd edək ki, Türkiyə qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınmasına sərt reaksiya verərək bu ölkədəki səfiri Namiq Tanı Türkiyəyə çağırmış, ardından isə Baş nazir Amerikaya səfərini ləğv etdiyini söyləmişdi.
URL / WWW
http://kelam.az/article/a-988.html