Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Respondentlərin 38%-i “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualına xeyr cavabı verib
31.03.10 19:54

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan veriblər. Bu dəfəki sorğu zamanı respondentlərə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6%-i sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1%-i isə “Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi” sualına “xeyr”, 10,3% isə “ehtiyac görmürəm” cavabını veriblər. Ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə (51,6%), bunun əksini vurğulayanlar (48,4% - 38,1% “xeyr”; 10,3% “ehtiyac görmürəm”) arasında fərq o qədər də böyük deyil. Qeyd edək ki, hər bir insan harada çalışmasından asılı olmayaraq, sosial sığortaolunmağa çalışmalı və maraq göstərməlidir. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır.
URL / WWW
http://kelam.az/article/a-987.html