Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımından 92 il ötür
01.04.10 02:54

Bu gün ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 92 il ötür. KƏLAMİNFO xəbər verir ki, ermənilərin 92 il əvvəl xalqımıza qarşı törətdiyi qətliam Azərbaycan müstəqillik qazandıqdan sonra öz siyasi qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakış şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dənizdən dənizə böyük Ermənistan xülyasını nəyin bahasına olursa olsun gerçəkləşdirmək istəyən ermənilər soyqırımı siyasətini həyata keçirməkdə davam ediblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
URL / WWW
http://kelam.az/article/a-986.html