Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçiriləcək
19.10.09 14:56

Sabah Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a AMEA-dan veriblər. İTİ-nin Tədris-İnnovasiya Mərkəzində keçiriləcək tədbirdə Azərbaycanda biometrik eyniləşdirmə sisteminin formalaşdırılması sahəsində mövcud vəziyyətin təhlili, biometrik texnologiyalar sahəsində beynəlxalq təcrübə, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlər üzrə həllər və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Qeyd edək ki, seminarda “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2008-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planının icrasında iştirak edən dövlət təşkilatları nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-98.html