Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İşiqforsuz Cəlilabad
18.03.10 21:34

Qırmızı rəng qan rəngi olduğu üçün əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu sayılıb. Dəmir yolunun ilk dəfə fəaliyyətə başladığı 1830-cu ildən xəbərdarlıq işığının rəngi yaşıl, keçmək siqnalının rəngi isə ağ olub. Bir müddət sonra ağ siqnal problem yaratmağa başlayıb. Ağ rəngli “keç” siqnalı digər küçə işıqları ilə səhv salınırdı. Amma bundan daha pisi “dur” işərələrinə qoyulan qırmızı lupaların sınıb töküldükdən sonra  yanan işıqların  ağarması, “keç” işarəsi kimi qəbul olunur, bu da qəzaya səbəb olurdu. Sonradan dəmiryolçular qırmızı rəngi “dur”, yaşıl rəngi “keç”, sarı rəngi də “xəbərdarlıq”  siqnalı olaraq istifadə etməyə başladılar.
Məlum olduğu kimi, sarı rəng, rəng spektrı içində ən çox diqqət çəkənidir. Beləcə sürücü bir siqnalın yerinə ağ siqnalı görürsə, hər hansı səhvin olduğunu anlayır və tez bir zamanda təhlükəsizlik təbdirləri görür. Avtomobil yollarına gəlincə, yollarda sədəcə atların və at arabalarının istifadə olunduğu zamanlarda belə dünyanın böyük şəhərlərində tıxac problemi mövcud olub. Bu günün Bakısında olduğu kimi… İlk işıqforlar avtomobil icad olunmamışdan çox-çox əvvəl 1868-ci ildə Londonda istifədə olunub. Qazla işə salınan və bir ox ətrafında fırlanan qırmızı və yaşıl işıqlar bir il sonra partlayıb və onu işə salan polisi də yaraladıqdan sonra bu mexanizm aradan qaldırılıb. 1910-cu ildə isə Ernst Sirini tərəfindən avtomatik işiqfor icad olunub. Artıq o illərdən çox illər keçib. Bütün dünyada işıqfor həm də mədəniyyət, inkişaf elementi sayılır. Bu gün Azərbaycanda da işıqforsuz və yaxud da çox az sayda işıqforu olan rayon mərkəzləri tapmaq olar. Amma söhbət açacağımız Cəlilabad rayonu belələrindən olmamalı idi. Nədən ki…
Bu gün sözün əsl mənasında Cəlilabadda şəhərin gözəlliyi göz oxşayır. Heydər Əliyev prospekti ilə hərəkət etdikcə bu gözəlliyi bir daha müşahidə edirsən. Heydər Əliyev seyrəngahı, onunla üzbəüz möhtəşəm park, bir az irəlidə digər yeni tikililər rayonumuza sözün əsl mənasında yaraşıq verir. Yaraşıq verməyən isə işıqforların olmaması və yaxud da olub işləməməsidir. Müşahidələrimiz nəticəsində məlum oldu ki, Cəlilabadın mərkəzində vur-tut 3 yerdə işıqfor quraşdırılb. Bunlardan da yalnız 1-i işləyir. O da rayon prokurorluğu, Polis İdarəsinin yanında… Digər ikisi isə işləmir.
Cəlilabad rayon Polis İdarəsi və Yol Polisi rəhbərliyi bizdən qat-qat yaxşı bilirlər ki, işıqforsuz həyat həm də təhlükəli həyat deməkdir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektin ətrafında bir neçə məktəb, xəstəxana, dövlət qurumları yerləşir.  Bu yolda işıqforların olmaması isə avtomobillərin hərəkətinə rahatlıq yaratsa da piyadalar üçün təhlükə doğurur. Uşaqlarını məktəbə aparıb gətirən valideynlər bu yolda işıqforun quraşdırılmamasından daha çox narahatdırlar. Sakinlər bu yolda tez-tez qəza baş verdiyini deyirlər. Ərazidə yaşayan sakinlər hər gün məktəbə gedən övladları, yaşlılar və yeniyetmələrin bu yolda təhlükə ilə üzləşdiklərindən narahatdırlar. Deyirlər ki, heç olmasa prospektdə işıqforu əvəzləyən piyada keçid xətlərinin quraşdırmaq lazım idi. Baxmayaraq ki, buna da sürücülər məhəl qoymayacaq.
Bu gün nəinki Heydər Əliyev prospektində, ümumiyyətlə rayonun bir neçə yerində işıqforların quraşdırılmasına zəruri ehtiyac var. Onların arasında İran bazarına dönən yerdə, Mərkəzi Poçtun yanında, Təhsil şöbəsinə dönən yerdə (bu həm də seyrəngaha gediş-gəlişi təhlükəsiz edər) və s. yerlər də var.
Biz problemin tezliklə həll olunacağına inanırıq. Məqsədimiz hansısa cavabdeh təşkilatı tənqid etmək deyil. Məqsədimiz sadəcə problemin ciddiliyini xatırlatmaqdır.


Elçin TURAN
URL / WWW
http://kelam.az/article/a-979.html