Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtda “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı konfrans keçiriləcək
30.03.10 19:47

Sabah Sumqayıt Dövlət Universitetində “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Konfransdan əvvəl universitetin foyesində şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgi təşkil ediləcək. Konfrans zamanı soyqırımın faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunacaq. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilməsi haqqında fərman verib. Bu vaxtdan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının günü kimi qeyd edir.
URL / WWW
http://kelam.az/article/a-975.html