Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın institutları yeni təkliflər hazırlayıb
30.03.10 19:47

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutları tərəfindən elmin inkişafı ilə bağlı yeni təkliflər hazırlanaraq Rəyəsət Heyətinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı AMEA-nın prezidenti Mahmud Kərimov söyləyib. Təkliflərin əsasən humanitar və ictimai elmləri əhatə etdiyini diqqətə çatdıran M.Kərimov əlavə edib ki, daxil olan təkliflər Rəyasət Heyətində müzakirə olunub. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər davam etdirilir. Xatırladaq ki, ötən il oktyrabrın 8-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində işıq üzü görən “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsindən sonra ölkənin bir sıra qurumları, o cümlədən AMEA tərəfindən həmin mövzuya həsr olunan müxtəlif tədbirlər keçirilib. AMEA-nın institutları qarşısında bu sahədə yeni təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunması tapşırılıb.
URL / WWW
http://kelam.az/article/a-974.html