Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » EİF qrantlar və layihələr üzrə müsabiqə elan edəcək
30.03.10 19:47

Cari ilin mayında Prezident yanında Elmin İnkişafı Fondu (EİF) qrantlar və layihələr üzrə müsabiqə elan edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı fondun icraçı direktoru Elçin Babayev söyləyib. O, artıq fondun formalaşması prosesinin başa çatdığını da xatırladıb. “May ayında biz artıq qrantlar və layihələr üzrə ilk müsabiqəmizi elan edə biləcəyik. Çox istərdik ki, bu tarix mayın 10-na təsadüf etsin. Elm adamlarından dövlətimizin, elmimizin inkişafına kömək edəcək layihələr gözləyəcəyik”,-deyən E.Babayev son zamanlar humanitar və ictimai elmlər sahəsində yeniləşmə aparmağa meylin artdığını da vurğulayıb. “Fond yalnız fundamental elmi tədqiqat işlərini deyil, həm də tətbiqi, innovasiya xarakterli elmi işləri maliyyələşdirəcək. Bu maliyyələşmə həm müxtəlif həcmli qrantlar, həm də proqramlar şəklində olacaq. Fond müxtəlif elmi seminar və konfransların təşkilini, beynəlxalq və regional elmi tədbirlərin keçirilməsini, gənclərə dəstək göstərilməsini, ölkə üçün əhəmiyyət kəsb edəcək müəyyən nəşrlərə kömək göstərilməsini nəzərdə tutur”,-deyə E.Babayev rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-973.html