Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər
30.03.10 19:46

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) martın 26-29-da Xakəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər. KƏLAMİNFO qrupun yaydığı press-relizə istinadən xəbər verir ki, bəyanatda həmsədrlərin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyini danışıqların durumu barədə məlumatlandırdıqları qeyd olunur. Martın 28-də həmsədrlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair şərhlərini Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirə ediblər. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair əsas prinsiplər üzrə erməni tərəfinin təkliflərinin gələcək müzakirəsidir. Ermənistanda həmsədrlər, həmçinin, bir sıra ikitərəfli görüşlər keçiriblər. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlər keçirərək və regiona səfər edərək, tərəflərin Madrid prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanmaya nail olmağa tərəfdar olduqlarını bildirirlər.
URL / WWW
http://kelam.az/article/a-971.html