Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Elmira Süleymanova Cenevrədə Beynəlxalq Əlaqələndirmə Komitəsinin sessiyasında iştirak edib
31.03.10 02:41

Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) Cenevrədə keçirilən 23-cü sessiyasında iştirak edib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, sessiyanın gündəliyinə insan hüquqları ilə bağlı bir sıra aktual mövzular, o cümlədən ayrı-seçkiliyin aradan qaldırılması, qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti, uşaqlara qarşı zorakılığın aradan qaldırılması, insan hüquqları üzrə təhsil və maarifləndirmə və s. məsələlər daxil edilib. E.Süleymanova sessiyanın “Rasizm və diskriminasiya əleyhinə Durban konfransı”, “Qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti” bölmələrində çıxışlar edib. Ombudsman azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində 1 mln. insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, insan hüquqlarının kütləvi şəkildə pozulduğunu və bu təcavüzün beynəlxalq hüquq prinsiplərinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olduğunu qeyd edib. Sessiya çərçivəsində E.Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım N.Pillay ilə görüşüb, onunla insan hüquqlarının müdafiəsi və ombudsmanın fəaliyyətinə dair fikir mübadiləsi aparıb. Sessiya iştirakçılarına ombudsmanın illik məruzələri, Xocalı soyqırımı və 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanatları, Ombudsman Aparatının hüquqi nəşrləri, həmçinin erməni terroru ilə bağlı disklər təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-967.html