Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri orta məktəblərdə mətbuat katibliyinin yaradılmasını məqbul saymır
19.03.10 21:00

Düşünürəm ki, orta məktəblərdə mətbuat katibliyinin yaradılmasının heç bir əhəmiyyəti olmaz. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsində mətbuat xidmətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Mərdanov bildirib ki, bu strukturlardan yetərincə məlumat almaq olar. “Biz fikirləşirik ki, nazirlikdə bu işi qaydaya salmaq üçün “qaynar xətt” xidməti yaradaq. Yəni, nazirlikdə ola bilər şöbə və şöbədən də kiçik bir qurum yarada bilərik. Ora biz “Azərcell”lə danışıb bu xidmətdən pulsuz istifadə edilməsinə imkan yaratmaq istəyirik. Davamlı olaraq, gün ərzində 2 nəfər təhsil sahəsi üzrə mütəxəssis daxil olan zəngləri qəbul edə və cəmiyyətimizi maraqlandıran sualları cavablandıra bilər”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib. Xatırladaq ki, martın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi qurumun tabeçiliyində olan məktəblərdə mətbuat katibliklərinin yaradılması ilə bağlı məlumat yayıb.
URL / WWW
http://kelam.az/article/a-959.html