Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “İran Azərbaycanla sərhədyanı əməkdaşlıq qurarsa, bu Ermənistan üçün ciddi sonluqla nəticələnə bilər”
19.03.10 21:00

Bu gün İran Ermənistanla sərhədyanı əməkdaşlığı normallaşdırmağa çalışır. Lakin İranın xarici siyasətini izlədikdə proqnoz vermək olar ki, o, bundan sabah Ermənistanın əleyhinə də istifadə edə bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, İran bu əməkdaşlığı sabah Azərbaycanla da qurarsa, proses Ermənistan üçün ciddi nəticələrə gətirib çıxara bilər. “Azərbaycanın İranla sərhəddinin müəyyən hissəsi də işğal olunmuş torpaqlarımızın ərazisinə düşür. İranın əgər Azərbaycanla bu cür sərhədyanı əməkdaşlığı baş tutarsa, bu çox uzun müddətli perspektivə hesablanmış bir siyasət ola bilər. Nəzərə alsaq ki, Azərbaycanın çox çevik və mobil siyasəti var. Bu kimi şanslardan yararlanmaq ehtimalımız da güclüdür”,-deyə M.Əhmədoğlu açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-956.html