Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman ATƏT-in Azərbaycan nümayəndəliyinin şöbə müdirini qəbul edib
20.03.10 03:00

Ombudsman Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi qəbul edib. Görüşün məqsədi ATƏT-lə Ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. M.Martinez təmsil etdiyi qurumun Müvəkkilin təklifini dəstəkləyərək Ombudsman təsisatının əməkdaşları üçün maarifləndirici təlim keçirməyi planlaşdırdığını söyləyib. E.Süleymanova ardıcıl keçirilməsi məqsədəuyğun olan bu mühüm tədbirlərdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq mütəxəssislər, həmçinin milli insan hüquqları institutları nümayəndələrinin də ekspert qismində iştirakının zəruriliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-954.html