Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Gəmiqayırma Zavodunun təməlqoyma mərasimində iştirak edib
20.03.10 03:59

Bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə prezident İlham Əliyev iştirak edib. Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Qeyd edək ki, ötən ilin noyabrında ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65, AİŞ 25, “Keppel Offshore & Marine” şirkəti isə 10%-lik iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri təqribən 300-350 mln. ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Dövlət başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirib. Mərasimdə həmçinin Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeo də çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-953.html