Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Doktorant və gənc tədqiqatçılar mükafatlandırılıb
19.03.10 19:50

Bu gün Təhsil Nazirliiyndə doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ötən ilin 4-5 dekabr tarixlərində doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirildiyini söyləyib. Konfransa dövlət və özəl ali məktəblərin doktorantlar və gənc tədqiqatçıların 298 tezisi təqdim edilib. Konfransın 19 bölməsində 222 məruzə dinlənilib və müzakirə edilib. Bölmənin qərarına görə, məruzəçilərdən 58 nəfəri işin aktuallığı, yeniliyi və mövzunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 nəfərin məruzəsi ən yaxşı məruzə kimi qiymətləndirilib. Mərasimdə Təşkilat Komitəsinin qərarı və bölmə sədrlərinin təklifləri nəzərə alınaraq konfransın işində fəal iştirak edən 58 doktorant və gənc tədqiqatçılara sertifikatların verilməsi, 5 nəfərin noutbukla mükafatlandırılması və konfransın bölməsində səmərəli rəhbərlik edən 28 alimə isə Təhsil Nazirliyinin təşəkkürünün elan olunması qərara alınıb. Qeyd edək ki, nazirin çıxışından sonra mükafatlar sahiblərinə təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-950.html