Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri Misir Mərdanov sərt danışdı
20.03.10 02:49

Bəzi adamlar, hətta bəzən dövlət məmurları da Azərbaycanın ali məktəblərində heç bir iş getmədiyini, ölkə gənclərinin savadsız olması barədə fikir yaratmağa çalışırlar. Guya bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Bu fikirlərin hamısını əsassız hesab edir və özümə qarşı atılmış güllə sayıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında səsləndirib. M.Mərdanov rektorlar, deputatlar, müəllimlər, nə də ki, gənclərin bu cür fikirlərə qarşı çıxmadığından təəssüfləndiyini söylədi. “Bu yaxınlarda parlamentdə hökumətin hesabatı dinlənildi. Bizim MM-in üzvü olan bir neçə rektorumuz var, onların bəziləri komitə sədridir. Akademiklərin də hamısı Bakı Dövlət Universitetinin kafedra müdiridir. Bir adam təhsil haqqında heç nə danışmadı. Kənd təsərrüfatına baxan kənd təsərrüfatından, energetikaya baxan isə öz sahəsindən danışdı, amma təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmadılar.Halbuki hər il yerli və beynəlxalq elmi konfranslarda, müsabiqələrdə yer tutan gənclərimizin sayı artır. Bunların müqabilində ali təhsildə heç bir iş görülmədiyini söyləmək məqsədli qərəzdən başqa bir şey deyil”,-deyə M.Mərdanov fikirlərini bu qədər sərt ifadə etdi.
URL / WWW
http://kelam.az/article/a-949.html