Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Şurası Dağlıq Qarabağ probleminin həllində “müvəqqəti komissiya” yaradılmasını təklif edir
19.03.10 03:49

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağ probleminin həllinə dəstək məqsədilə “müvəqqəti komissiya” yaradılmasını təklif edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qazaxıstanda səfərdə olan AŞPA sədri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, son zamanlar ATƏT-in Minsk Qrupu və Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib. M.Çavuşoğlu vurğulayıb ki, bu prosesə dəstək vermək üçün Avropa Şurası da “müvəqqəti komissiya” yaradılmasını təklif edir. O, əlavə edib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır. Bu qurumlar, ATƏT-in Minsk Qrupu və Türkiyənin də olacağı, komissiyanın işində iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-948.html