Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər “ödəmə kart”ı əldə etməlidirlər
19.03.10 03:49

Cari ilin 16 mart tarixindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) qeydiyyatını elan etdiyi sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan var. Yəni, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə olaraq http://tqdk.gov.az/virtualkart/ yaradılıb. Aprelin 4-də keçiriləcək sınaq imtahanı respublikanın 18 şəhərində, Bakı, Naxçıvan (Sədərək rayonu istisna olmaqla Muxtar Respublikanın bütün rayonlarında), Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində keçirilir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində sınaq imtahanları 2 növbədə, digər bölgələrdə isə 1 növbədə keçirilir. Birinci növbə üzrə imtahanlar saat 9:00-da ikinci növbə üzrə keçiriləcək imtahanlar isə saat 13:30-da başlanır.
URL / WWW
http://kelam.az/article/a-946.html