Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri Hidayət Orucov Səudiyyə Ərəbistanına gedir
18.03.10 04:59

Sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq. Bu barədə məlumatı DQİDK-nin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları ilə əlaqələrin inkişafı, həmçinin din sahəsinə aid qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, Dövlət Komitəsi və Səudiyyə Ərəbistanı Krallığının İslam işləri üzrə strukturları arasındakı əməkdaşlığın perspektivi müzakirə olunacaq. Rəsmi səfərin proqramına H. Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi də daxildir. Səfər çərçivəsində dövlət və hökumət nümayəndələri ilə yanaşı, Krallığın elm və mədəniyyət xadimləri, Diplomatiya Universitetinin müəllim və tələbə heyyəti ilə görüşlər də daxildir.
URL / WWW
http://kelam.az/article/a-940.html