Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxışı keçirilir
17.03.10 19:43

Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin II respublika baxışını keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Baxış cari il 2-27 aprel tarixlərində zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir şəhərlərində, Ağcabədi rayonunda keçiriləcək. Burada respublikanın uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edəcək. Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər, o cümlədən bir əsər capella ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.
URL / WWW
http://kelam.az/article/a-939.html