Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2010” beynəlxalq tədbir təşkil edilib
17.03.10 19:43

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı) İctimai Birliyi tərəfindən “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2010” beynəlxalq tədbir təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyindən veriblər. Tədbirin keçirilməsində əsas məqsəd dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlər arası gənclər mübadiləsini genişləndirmək, ən əvvəl isə Azərbaycanı dünya gənclərinə tanıtmaqdır. Tədbirdə dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaqlar. Onlar həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr aparılacaq. Qeyd edək ki, tədbir 22 mart tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-938.html