Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistlər üçün müsabiqə elan edib
17.03.10 19:42

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin mövzusu “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” olacaq. Məqalə 7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Başqa müsabiqələrdə iştirak edən yazılar qəbul olunmur.Müsabiqəyə məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılan surəti - çap versiyası, məqalənin əlyazması (müəllif imzası olmadan) – 3 nüsxə, şrift Times News Roman – 12, məqalənin elektron variantı təqdim edilməlidir. Müsabiqəyə şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış, VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) əlavə edilməlidir. Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur. I yer üçün (2 mükafat) – hər biri 1000 AZN, II yer (2 mükafat) – hər biri 800 AZN, III yer (2 mükafat) – hər biri 500 AZN-dir. Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində 10 həvəsləndirici mükafat veriləcək. İddiaçılar məqalə və sənədlərini 1 iyul 2010-cu ilədək Şuranın katibliyinə təqdim edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-935.html