Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İrəli” İB tələbələrə diplom təqdim edəcək
18.03.10 02:01

“İrəli” İctimai Birliyi Novruz bayramı münasibətilə sabah Bakı Musiqi Akademiyasında musiqili tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. İctimai Birlik 2009-cu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçirildiyini nəzərə alaraq “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində vətəndaşların hüquqi bilikləri və seçkilərə marağını artırmaq məqsədilə tədbirlər həyata keçirib. Respublikanın bir çox şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və ”Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılıb. Bir neçə şəhər və rayonda təlimlərlə yanaşı, Bakı Musiqi Akademiyasının gənc tələbələrinin ifasında “Gələcək Gənclərlə Gələcək” şüarı altında klassik Azərbaycan musiqisi konsertləri də keçirilib. Qeyd edək ki, sabah konsert proqramının yekun bağlanışı ilə əlaqədar layihədə iştirak edən tələbələrə diplom təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-933.html