Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » R.T.Ərdoğan: “ATƏT-in Minsk Qrupu vəzifəsinin öhdəsindən gəlməlidir”
18.03.10 02:00

Hazırda bölgədə sülhün və sabitliyin bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk Qrupunun üzərinə böyük vəzifə düşür. Bu qrup vəzifəsinin öhdəsindən gəlməlidir. Belə olan təqdirdə, nə Türkiyə ilə Ermənistan, nə də Azərbaycanla Ermənistan arasında bir problem qalacaqdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Böyük Britaniyada səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC televiziyasına müsahibəsində çıxış edib. R.T.Ərdoğan vurğulayıb ki, Ankara qonşularla “sıfır problem” siyasətini bundan sonra da qətiyyətlə davam etdirəcək. “Amma, biz əlimizi uzatdığımız zaman qarşılığında yumruq atılırsa, o zaman heç bir şey edə bilmərik”,-deyən Türkiyənin Baş naziri erməni iddiaları ilə bağlı qərarlar qəbul edən ölkələrin parlamentlərini “şou göstərməkdə” ittiham edib. Onların bu qərarının və erməni diasporunun ermənilərin özlərinə zərər verdiyini diqqətə çatdıran R.T.Ərdoğan deyib: “Baxın, mənim ölkəmdə 170 min erməni var. Bunlardan yalnız 70 mini Türkiyə vətəndaşıdır. Qalan 100 mini biz yola veririk. İndi, sabah mən nə edəcəyəm? Lazım gələrsə, onlara “siz də ölkənizə gedin” deyəcəyəm. Niyə? Bunlar mənim vətəndaşım deyil. Onları ölkəmdə saxlamağa məcbur deyiləm. Təəssüf ki, bizim səmimi mövqeyimiz bunların hərəkətləri ilə mənfi istiqamətdə dəyişir. Onlar bunu anlamırlar”.
URL / WWW
http://kelam.az/article/a-931.html