Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatı arasında Qrant Sazişi imzalanıb
17.03.10 03:25

Bu gün Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişinin imzalanması mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, üç il müddətində həyata keçiriləcək layihənin məqsədi pilot seçilən Əzizbəyov rayonunda nativ qayğı növü olan himayədar ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Onun sözlərinə görə, layihə çərçivəsində himayədar ailələr və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşmə mexanizmləri hazırlanacaq. Layihənin icra müddəti ərzində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlər içərisindən 50 ailənin seçilməsi və onlar üçün treninqlərin təşkilinin nəzərdə tutulduğunu vurğulayan M.Mərdanov bildirib ki, layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Onun sözlərinə görə, ailələrə yerləşdiriləcək uşaqların bu ailədəki vəziyyətinin monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması nəzərdə tutulub. “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatının prezidenti Franz Ceska bildirib ki, rəhbərlik etdiyi qurum uşaq və ahıllara qayğı göstərmək və onlara himayədarlıq etmək işində kifayət qədər təcrübələri var. Mərasimdə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hereward və “Hilfsverk Avstriya” Beynəlxalq Təşkilatının əməkdaşı Brigitte Stoppler layihə ilə bağlı çıxış ediblər. Qeyd edilib ki, sözügedən layihənin icrası üçün Avropa Komissiyası tərəfindən 640 min avrodan artıq vəsait ayrılıb. Sonda birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişi imzalanıb.
URL / WWW
http://kelam.az/article/a-930.html