Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Təhsil naziri tələbələrin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirdi
16.03.10 19:25

Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı məlumatlara münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, M.Mərdanov bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışdığını söyləyib. O qeyd edib ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi davam etməyənlər də var və ADNA-nın 5 tələbəsi artıq 10 gündür dərslərə getmir. “Hər ali təhsil müəssisəsinin daxili qaydası var ki, uzun müddət üzüsüz dərs buraxan tələbəni ali məktəbdən xaric etsin. Akademiyanın rektoru mənə dedi ki, həmin tələbələrdən üçünü artıq ali məktəbdən xaric edib, ikisi ilə bağlı araşdırma aparılır. Onlardan birinin qardaşı rektorun yanına gələrək, qardaşının harada olduğunu, İrana, yaxud başqa ölkəyə getdiyini bilmədiyini deyib”,-deyən M.Mərdanov məsələ ilə bağlı ciddi ajiotaj yaratmağa ehtiyac olmadığını vurğulayıb. “Ola bilər ki, bir tələbə on günlük bir yana getsin. Əgər tələbənin dərslərə gəlmədiyi müddət onun ali məktəbdən çıxarılmasına gətirib çıxaracaqsa, biz onu xaric edəcəyik. Hazırda bütün bunlar araşdırılır. Bu günə olan məlumat bu qədərdir”,-deyə nazir məsələyə münasibət bildirib. Qeyd edək ki, qəzetlərdə BDU-nun 5, ADNA-nın isə 3 tələbəsinin xaricə qaçırılması barədə məlumat dərc olunub. Məlumatda bildirilir ki, Xaqani, Vasif, Samir və Xəqan adlı tələbələr vəhabi təriqətinin üzvü olublar. Əslən Şəkidən olan Vasif İrandan otaq yoldaşlarına zəng vuraraq, ərəb ölkələrindən birinə aparıldıqlarını deyib.
URL / WWW
http://kelam.az/article/a-929.html