Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » GVB “Novruz Bayramı Birlik qardaşlıq bayramıdır” mövzusunda tədbir keçirib
16.03.10 19:25

Gənc Vətənpərvərlər Birliyi (GVB) “Novruz Bayramı Birlik qardaşlıq bayramıdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, müşavirlər, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən GVB-in sədri, fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, bildirib ki, əsrlərdən, qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur. M.Əliyev Novruz bayramının bir cox Türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirib ki, qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. M.Əliyev Azərbaycanın odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malik olduğunu, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söyləyib.Tədbirdə GVB sədrinin müşaviri N.Niftiyev, Cü-Citsu karate-do Fedrasiyasının prezidenti, Birliyin İdarə Heyətinin üzvü Mirəli Seyidov, məşqici Əbdül Abasquliyev və digərləri çıxış edərək Novruz bayramı ilə bağlı fikirlərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-927.html