Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda yanan 67 saylı orta məktəbin təmiri ilə bağlı Baş nazirə müraciət edilib
17.03.10 03:25

Təhsil naziri Misir Mərdanov Bakının Sabunçu rayonunda yanan 67 saylı orta məktəbin binasının təmiri ilə bağlı Baş nazir Artur Rasizadəyə müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə M.Mərdanov söyləyib. O qeyd edib ki, bu gün Baş nazirə göndərilən məktubda yanan orta məktəbin bərpası üçün vəsait lazım olduğu qeyd edilib. “Yəqin ki, müvafiq vəsait ayrılacaq və biz həmin məktəbi bərpa edəcəyik”,-deyən M.Mərdanov bildirib ki, haqqında bəhs olunan orta məktəbdə təhsil alan şagirdlər yaxınlıqdakı peşə məktəblərində və orta məktəblərdə yerləşdiriləcəklər. Qeyd edək ki, 67 saylı orta məktəbdə martın 10-da yanğın baş verib. Yanğın məktəb binasının 500 kv.metr ərazisini əhatə edib. Əsasən binanın tavanına ciddi ziyan dəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
URL / WWW
http://kelam.az/article/a-926.html