Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bütün ölkə üzrə “Azərbaycan Kino Həftəsi” keçiriləcək
17.03.10 03:58

Cari il aprelin 6-10-u arası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə “Azərbaycan Kinosu Həftəsi” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Həftə “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi “Niyyət” bədii filminin Heydər Əliyev Sarayında təqdimatı ilə başlayacaq. Ölkənin bir sıra regionlarında, o cümlədən Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə və Yevlaxda son iki ildə müxtəlif studiyalarda çəkilmiş bədii filmlər tamaşaçılara təqdim olunacaq. Son illərdə gənclərin yaratdıqları qısametrajlı bədii filmlərdən bir neçəsi Sumqayıtda, eləcə də Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdiriləcək. Həftənin proqramına uşaq evlərində, hərbi hissələrdə baxışlar daxil edilib.
URL / WWW
http://kelam.az/article/a-924.html