Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQDK daha 30 dini icmanı qeydiyyata aldı
15.03.10 23:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) daha 30 dini icmaya qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQDK-nın mətbuat xidmətindən veriblər. Şəhadətnamələri təqdim edən komitə sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliklərə əsasən, hazırda dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. “Bunun nəticəsidir ki, dövlət qeydiyyatına alınmaq üçün 800-ə yaxın dini qurumun sənədləri Dövlət Komitəsinə daxil olub. Onlardan 252-si artıq dövlət qeydiyyatına alınıb. Nəzərdə tutmuşuq ki, yaxın iki ayda qeydiyyat prosesini yekunlaşdıraq”,-deyə H.Orucov vurğulayıb. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, dövlət qeydiyyatdan keçmiş Sumqayıt şəhəri “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, Kürdəmir şəhəri “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov, Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidi dini icmasının sədri Sahilə Orucova və digərləri çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-923.html