Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
15.03.10 23:08

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə bildirilir: “Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca bizləri yeni xoş əməllərə, nəcib və xeyirxah işlərə rövnəqləndirir. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz dövlətimizin və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Bu əziz gündə Allahdan diləyim budur ki, Öz Mərhəmət və Kəramətini xalqımızın, dövlətimizin üzərində daima bərqərar etsin, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın müdrik rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunmasını, bu əziz bayramı doğma Qarabağda keçirməyi bizlərə tezliklə qismət etsin”,-deyə təbrikdə qeyd olunur. Əziz həmvətənlərim! Bu il, inşallah, martın 20-də sat 21:31 dəqiqə 40 saniyədə təhvil olacaq. Bayram axşamı martın 20-sinə, bayramın günü martın 21-ə təsadüf edir. Elimizin bu əziz günündə sizi bir daha Novruz bayramı münasibətlə ürəkdən təbrik edir, hamınıza Uca Yaradandan fərəh dolu günlər, süfrələrinizə ruzi-bərəkət, evlərinizə səadət diləyirəm. Qoy Allah Novruzun qədəmlərini mübarək etsin!
URL / WWW
http://kelam.az/article/a-922.html