Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib
16.03.10 03:21

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Regionların İnkişafı İctimai Birliyinin dəstəyi, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov və Kərim Şükürovun müəllifliyi ilə 4 cilddə işıq üzü görən “Azərbaycan: beynəlaxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov açıb və kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib. Y.Mahmudov isə son vaxtlar Azərbaycan elmi ictimaiyyətinin Tarix İnstitutunun fəaliyyətinə böyük maraq göstərdiklərini söyləyib. Ölkəmizin tarixi və diplomatiyasından bəhs edən Y.Mahmudov bildirib ki, Azərbaycanın 5 min illik tarixi var və o, indikindən böyük əraziləri əhatə edib.Y.Mahmudov Azərbaycanın diplomatiya tarixinin 1919-cu ildən deyil, hələ miladdan əvvəl mövcud olduğunu açıqlayıb və Xarici İşlər Nazirliyinə səslənib ki, ölkəmizin diplomatiya tarixini 1919-cu ildən başlamasınlar. O, əvvəllər Azərbaycan diplomatlarının xüsusi forması və qəbul qaydalarının olduğunu da xatırladıb. Tədbirdə çıxış edən K.Şükürov belə kitabların təqdim olunmasında dünya təcrübəsinin öyrənildiyini vurğulayıb. AMEA İnsan Hüqüqları İnstitutunun direktoru Aytən Mustafayeva isə bildirib ki, kitab Azərbaycan diplomatları, xüsusilə diaspor nümayəndələri üçün böyük əyani vəsaitdir. Qeyd edək ki, kitab 512 səhifədən ibarətdir və əsərdə 50-dək müxtəlif sənəd və materillar toplanıb.
URL / WWW
http://kelam.az/article/a-920.html