Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Vətən təhsili: 11 il Mərdanovla...
19.10.09 14:58

İlham ƏLİYEV: “...Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var.”
Azərbaycanın təhsil strukturu bir institut kimi o qədər də dərin keçmişə və keşməkeşli tarixə malik deyil. Yaşı Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxtdan hesablanan milli təhsil strukturumuz zaman-zaman funksiyasını başqa adlar altında davam etdirsə də milliliyini qoruyub saxlaya bilmədi. Nəsib bəy Yusifbəyli ilə başlamış millilik elə onunla da sona çatdı. Müxtəlif illərdə Sovet Azərbaycanı təhsil strukturuna bir çox insanlar rəhbərlik etdi. Onlardan daha çox yadda qalanları arasında Rəşid xan Kaplanovu, Dadaş Bünyadzadəni, Ruhulla Axundovu, Ayna Sultanovanı, Mirzə İbrahimovu, Elmira Qafarovanı, Agalar Abbasovu, Lidiya Rəsulovanı və başqalarını xüsusi qeyd edə bilərik. Əlbəttə, zaman dəyişirdi və 1991-ci ildə təkrarən müstəqillik əldə edən Azərbaycan təhsilinə Firudin Cəlilov rəhbərlik etməyə başladı. F.Cəlilov nazir kimi Azərbaycanda test sisteminin əsasını qoydu və bununla da minlərlə gəncin qəlbində heykəlini ucaltdı. Amma onun idarəçiliyi də elə təmsil olunduğu hakimiyyətin ömrü qədər oldu... Tam ciddi...
Beləliklə, 1998-ci il 26 mart tarixinədək təhsilimizə müxtəlif əqidəli insanlar rəhbərlik etdi. 26 mart 1998-ci ildən etibarən isə prezidentin fərmanı ilə təhsil naziri vəzifəsinə Misir Mərdanov təyin olundu və onun təhsil naziri kimi 11 ildir vəzifəsi dəyişmir. Əlbəttə, bu 11 ildə Azərbaycan təhsili müəyyən inkişaf yolu keçib. Təbii ki, burada 11 ildir dəyişməyən təhsil naziri Misir Mərdanovun da xidməti var.
Amma Azərbaycan təhsilində baş alıb gedən korrupsiya da misirsiz deyil, misilsizdir. Əlbəttə, məlum ifadə bu şəkildə bir az tünd səslənir. Amma etiraf edək ki, təhsildə korrupsiya gündəlik həyatımızın bir hissəsinə çevrilib. Evindən məktəbə uşaq yola salan hər birimizin yoluxduğu virusdur, onu sevə-sevə daxilimizdə inkişaf etdirir, bəsləyirik.
Əziz oxucu! Təbii ki, bəlkə də bu, mətbuata çıxarılası mövzu deyildi. Nədən ki, hamı yazıb və indi də yazırlar. Cəmiyyətin, ictimaiyyətin hər bir üzvü, daha doğrusu evində məktəb yaşlı uşağı olan hər bir Azərbaycanlı ailəsi ölkənin hansı regionunda, şəhərində yaşamasına baxmayaraq bu acı həqiqətin bilavaitə iştirakçısıdir. Bir sözlə hər birimiz Misir Mərdanov həzrətlərinin təbirincə desək, Azərbaycan təhsil sistemində mövcud olan rüşvətin baş alıb getməsinin səbəbkarlarıyıq. Yaxşı bəs, niyə mətbuata çıxdı... Ona görə ki, bir sabah... Bəli, bir sabah mətbuatdan oxudum ki, M.Mərdanov üsyan edərək bildirir ki, məktəblərdə rüşvətin ayaq tutub yeriməsində müəllimlər deyil, valideynlər günahkardır. Etiraf edim ki, şoka düşdüm, bir valideyn olaraq xəcalət çəkdim, utandım. Bir-təhər özümü toparlayıb müsahibənin ardını oxuyuram və baş müəllim iddia edir ki, valideyn məktəbə, müəllimə pul verməsin... Əlbəttə, bir nazir olaraq Mərdanov həzrətləri yeni söz demir, hər zaman olduğu kimi bu gün də düz deyir. Gözəl çıxış yoludur. Açığını desəm, elə 11 ilin nazirindən bundan artığını gözləmək mümkün deyildi. Baş müəllimin məntiqinə görə, valideyn müəllimə pul vermək üçün sabahı diri gözlü açır. Sonra təngənəfəs məktəbə gedir, özünü zorla sinifə atır, müəllimin və yaxud da müəllimənin üz-gözündən öpür, pulunu verib rahatlanır. Dəhşətdir, elə deyilmi?
Baş ağrıtmadan etiraf edək ki, Mərdanov Azərbaycanın təhsil sistemində nə baş verdiyindən xəbərdardır. Xüsusən də orta məktəblərdə cənab Mərdanovun iradəsindən kənarda heç nə baş vermir. Bu mümkün deyil. Mərdanov 1-2 ilin naziri deyil ki, hər hansı məktəb direktoru ona “paça” gəlsin. Sizcə, bunu 11 ilin nazirinə etmək olarmı? Hələ Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyən ((1989-1992), Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru (1992-1996), Bakı Dövlət Universitetinin rektoru olan (1997-1998), 1998-ci ildən bu günədək təhsil naziri vəzifəsində çalışan, elm və təhsil sahəsindəki nailiyyətlərinə görə prezident tərəfindən “Əməkdar elm xadimi” fəxri adına (2000-ci il), "Şöhrət" ordeninə (2006-cı il) layiq görülən, 15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifinə (biri də bu günlərdə nəşr olundu, iki səhifə olduğu üçün oxumadım), Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və İdarə Heyətinin üzvünə və nəhayət 3 övlad atasına bunu etmək olarmı? Qonşular deyir ki, bəs, nə edək, olanda olur, amma vallah mən deyirəm ki, olmaz. Daha doğrusu O L A M A Z... Yəni orta məktəblərdə cənab Mərdanovun iradəsindən kənarda heç nə baş vermir.
Yarı ciddi...
Düşünürəm ki, təhsildə rüşvət mexanizmini kim işə salırsa çox ağllı və müdrik adamdır. Əgər məktəbdə müəllimi, xəstəxanada həkimi dolandırmasaq aqibətimiz çətin olar. Həm sağlamlığımızı, həm də biliymizi vaxtından əvvəl dəfn etmiş olarıq. Necə ki, kənd rayonlarında həm məktəbdən, həm də xəstəxanalardan olmuşuq. Bu tezis həmin ağıllı və müdrik şəxsiyyətin prinsiplərində ana xətt təşkil edir. Gəlin məsələyə ədalətlə yanaşaq. İndi kənd məktəblərində demək olar ki, dərs keçmirlər. Rayon mərkəzləri və ona yaxın bir-iki kənd istisna olmaqla məktəblər şagird, şagirdlər isə məktəb üzü görmür. Dağ rayonlarının kənd məktəblərini isə ot-ələf basıb. Deyilənə görə, bəzilərinin qapısına yekə bir qıfıl da vurublar.
Yeri kəlmişkən, bu günlərdə Novruz bayramı ilə əlaqədər dəyərli dövlətmizin verdiyi 10 günlük istirahət hüququmdan istifadə edib kəndə getmişdim. Bütün bunları orada gördüm. Rəzalətdir, kənd yerlərində müəllimə qiymət verən yoxdur. Lətifəsi müəllimlərdən uzaq sanki qısır inəyi bazara apardığın kimi də elə satmadan geri qaytarırsan. Rayon Təhsil şöbəsi tərəfindən satılması üçün verilən gündəlik, jurnal və digər dərs vəsaitlərinin pullarını da müəllimlərdən alırlar. Bu ədalətsizlik, müəllim peşəsinə hörmətsizlikdir. Nədən ki, müəllimlər həmin dərs vəsaitlərini şagirdlərə verir, pulunu isə ala bilmirlər. Beləliklə, aldıqları əmək haqqını müxtəlif formalarda geri (Bura Bakıdan, rayondan gələn vaxtsız yoxlamaların haqqı da daxildir) qaytarırlar. Nə olsun ki, əmək haqlarını plastik kartla alırlar. Bəzilərinin kartı elə məktəb direktorunun maşınının saxlanc yerində (bardaçok) gəzir. Bəziləri isə direktora etibar etmir. Deyir, qardaş pulu alan kimi sizdəyəm və yaxud da bizdəsən, həm oturub dərdləşərik, həm də verəcəyimi verərəm. Bir sözlə, müəllimə hörmət ürəkaçan deyil. Elə bil Avropada yaşayırsan: uşaqdan jurnal pulu almaq, fond pulu, təmir pulu yığmaq, müəllimənin 8 martını, Yeni İlini, Novruz Bayramını, Müəllimlər Gününü, Ramazan, Qurban, Dirçəliş, Qurtuluş, İstiqlal, Konstitusiya bayramlarını sözdən başqa hər hansı bir əmtəə ilə təbrik etmək olmaz, valideyn basıb müəllimin gözünü çıxarar. Belə yaşayış və yaxud da işləmək olar? Hər bayramda maşının bağacı hədiyyələrlə dolmadı, cib şişmədi nə ləzzəti...
Uşaq məktəbə istədiyi vaxt gəlir. Ölçü götürən yoxdur. Səbəbini soruşanda deyirlər ki, demokratiyadır, təhsil azaddır, nə bilim uşaq hüquqları beynəlxalq Konvensiyalarla qorunur və s. Belə davam etsə kənd məktəblərində işləyən müəllimlərimizi birdəfəlik itirəcəyik. Onsuz da itirə-itirə gedirik... Bu gün ali məktəbi bitirən heç bir gənc kənd rayonlarına getmir... Ona görə ki, kənd məktəblərində müəllimə hörmət qoymurlar. Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirən də müəllim işləyir, Kəncə Kənd Təsərrüfatı Texnikomunu bitirən də...
Digər tərəfdən kənd yerlərində müəllimlər gözə gəlir. Ədalət naminə qeyd edim ki, kəndlərdə iş yerləri olmadığından dövlət büdcəsindən qidalanan iki təbəqə var. Onlardan birincisi müəllimlər, ikincisi isə təqaüdçülərdir. Elələri də var ki, həm müəllimdir, həm də təqaüdçü. Bax, belələri artıq gözə, dedi-dediyə gəlir.
Bakıda isə insanlar paytaxt tərbiyəsi gördüklərindən tez tərpəndilər və məsələni elə yerindəcə həll etmiş oldular. Beləliklə, şəhər məktəbləri dağılmaq təhlükəsini yaşamadı, müəllimlərimiz bazarlarda piştaxta arxasına deyil, məktəblərdə, siniflərə sarıldılar. Elə bunun səmərəli nəticəsidir ki, indi paytaxt məktəblərində rüşvət də var, təhsil də... Hələ mən repititorları demirəm... Onlar bu gün Azərbaycanda xarüqələr yaradır. Sözün əsl mənasında müəllim-şagird əməkdaşlığı yüksələn xəttlə inkişaf edir. Müəllimlərimiz bütün günü şagirdlərlə bərabər olur, gündüz saatlarında məktəbdə, dərsdən sonra isə şəxsi kabinetlərdə, evlərdə və s. yerlərdə gəncliymizi gələcəyə hazırlaşdırırlar. Sizcə bunun nəyi pisdir. Əlbəttə, bütün bunlar M.Mərdanov və onun çoxminli müəllim və yaxud da müəllimə ordusunun gərgin əməyinin nəticəsidir. Bakı şəhər məktəblərində (demək olar ki, hamısında) müəllim-şagird, müəllim-valideyn münasibətləri təhsilin əsas prioritetlərindəndir. Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə yaranmış Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası təhsil sistemimizdəki müəllim-valideyn münasibətlərinə nə qədər önəm verildiyinin göstəricisidir. Artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərən bu assosiasiyanın apardığı “maarifləndirmə işi” 1000-ə yaxın məktəbdə Valideyn-Müəllim Assosiasiyasının yaranmasına səbəb olub. 2008-2009-cu tədris ilindən başlayaraq məktəb ailə ilə birgə əməkdaşlığa gəlmək yolunda əhəmiyyətli addımlar atır, bir çox təhsil müəssisələrində valideyn - müəllim birlikləri yaranır.
Alan da məmun, satan da...
Müəllimlərimiz dərs vəsaitlərinin vaxtında tapılıb şagirdlərə çatdırılması üçün valideynlərə bir növ assisentlik edir. Məsələn, müəllimlərimiz bu günlərdə növbəti dərs ili üçün şagirdlərə “Məktəb kitabçaları”nı belə paylayıb. Əslində cari tədrisin başa çatmasına 1 ay qalıb, növbəti tədris ilinin başlamasına isə 4 ay (1+3=4), amma Azərbaycan müəlliminin operativliyi növbəti dərs ilinə nə qədər ciddi hazırlığın hansı səviyyədə aparılmasına işarədir.
Bəzi qəzetlər yazır ki, “Məktəbli kitabçası”nın bir biznes kimi Təhsil Nazirliyində saxlanması təhsil sistemi üçün utancverici amildir. Soruşursan, a bala niyə? Deyəir ki, bazar iqtisadiyyatına iddialı ölkədə nəyə görə heç bir xüsusi elmi, intellektual yükü olmayan ”Məktəbli kitabçası” inzibati təşkilatlar vasitəsiylə hazırlanmalı, satılmalıdır? Ümumiyyətlə, bildirirlər ki, pedaqoji kollektivi cılız alver subyektinə çevirmək yolverilməzdir. Amma mən bu iddianı qəbul edə bilmərəm. Dövlətimiz pulsuz dərslik siyasəti yürüdür, Heydər Əliyev Fondu dərs ili başlayanda birincilərə pulsuz çanta verir, bu bizlərə, naşükür valideynlərə bəs deyil... Adamın həyası olar və yaxud da başının üstündə Allahı olar. Bir “Məktəbli kitabçası” nədir ki, onu da söz-söhbət etmişik. Təhsil Nazirliyi hər il müxtəlif formalı “Gündəlik”ləri dərc edir, kitabçaların üz qabığı və içərisindəki təqvimi dəyişir. Daha nə istəyirik ki?
Bəzi qara qüvvələr “Məktəbli kitabça”sının qiymətinin artımını yetərincə qaranlıq və müəmmalı məsələ kimi baxırlar. Əşi, burada qaranlıq nə var ki? Ötən il kitabçalar 60 qəpik olub, bu il isə 1 manat. Bu, təxminən 67 faiz bahalaşma deməkdir. Yəni bu da dünyadakı maliyyə böhranı ilə birbaşa bağlıdır. Digər tərəfdən kitabçaların eni təqribən 1.6 sm, uzunluğu isə 2 sm böyüyüb. Əlbəttə, bu da sevindirici haldır.
Əlbəttə, qara qüvvələr, xüsusən də hörmətli nazirimizin fəaliyyətini təqdir etməyənlər məsələyə başqa don geyindirirlər. Hətta deyirlər ki, guya müəllimlər “Məktəb kitabçaları”nı satır və s.  Amma həqiqət deyilənləri əks etdirmir. Ona görə ki, uşaqlara verilən “Məktəb kitabçaları”nın üstündə qiyməti 1 manatdır. Müəllimlər də həmin dərs vəsaitinə görə, 1 manatdan artıq pul almırlar. Yaxşı, belə olan halda hansı satışdan söhbət gedir. Onsuz da valideyn növbəti tədris ilində dükanları gəzib, dəyərli vaxtını itirib həmin kitabçaları 1 manatdan da baha alacaq, ya yox. Əlbəttə alacaq. Belə olan halda niyə müəllimələrin satdıqları kitabçalara pis baxmalıyıq? Bu işin müsbət tərəfi həm də ondan ibarətdir ki, müəllimlərin uşaqlara verdikləri-satdıqları kitabçalar Təhsil Nazirliyi tərəfindən 100 faiz təsdiq olunub. Ədalət naminə etiraf edim ki, bir valideyn olaraq evimin içinə qədər gəlib çıxan “Məktəb kitabçaları”nı görəndə utandığımdan uşağın üzünə baxa bilmədim, xahiş etdim ki, ailəmiz, nəslimiz, ulu nəcabətimiz adından məktəbin müəllim kollektivinə dərin təşəkkürünü ifadə etsin. Çünki, müəllim məni növbəti tədris ilinin dərs vəsaitlərinin ən azı birinin (Məktəb kitabçası) axtarıb tapmaq əzabından, işgəncəsindən xilas etdi. Təklif edirəm ki, məktəblərdə digər zəruri dərs vəsaitləri də satılsın. Bunun da məxsusi səbəbləri var. Bəzən dükandan aldığın dərs vəsaitlərini (dəftərləri) müəllimə bəyənmir. Valideyn də qalır girinc-giriftar... Məktəblərdə satılacağı təqdirdə isə seçim problemindən qismən də olsa azad olarıq. Bir valideyn olaraq Misir müəllimdən xahiş edirəm ki, bu məsələni də Dövlət Proqramı şəkilində işləyib Nazirlər Kabinetinə təqdim etsin. Bizlər də çoxsaylı valideynlər olaraq imza toplayıb Artur Rəsizadə həzrətlərinə göndərməyə hazırıq ki, məsələ sürətlənsin.
* * *
Azərbaycan ümumtəhsil məktəbləri şəbəkəsi özündə 4562 tədris müəssisəsini birləşdirir (2008-ci il). Bu məktəblərdə də təxminən 1 milyon 700 mindən çox şagir təhsil alır. Çünki 2004-cü ildə Azərbaycanın 4546 tədris müəssisəsində 1 milyon 700 mindən artıq şagird təhsil alırdı. 2004-cü ildən 2008-ci ilə qədər məktəblərin sayı 4546-dən 4562-yə qalxıbsa, deməli, şagirdlərin sayı da 2004-cü il göstəricisindən (1 milyon 700 min) yuxarıdır.
Əziz oxucu! Təhsil Nazirliyi təkcə “Məktəb kitabçası”nın satışından 1 milyon 700 min manatdan yuxarı vəsait əldə edir. Bu vəsaitin də çox cüzi bir hissəsi (500 min manat ola-olmaya) nəşriyyat məsrəflərinə xərclənir. Yerdə qalan təxminən 1 milyon 200 min manatın aqibəti barədə məlumatı olan varmı?
* * *
Təsəvvür edin işdən yorğun-arğın evə gəlmisiniz. Qapını açıb içəri daxil olan kimi uşaq yapışır qalustuqunuzdan ki, bəs, 50 qəpik verəcəksən. Elə bil əli ilə qoyub. Sual edirsən, a bala niyə? Elə bu vaxt anası 7-8 səhifədən ibarət “Tıq-Tıq xanım”ın kitabını gətirib şam yeməyi əvəzi qoyur qarşına. İndi gəl, bundan sonra ye, görüm necə yeyirsən... Baxırsan rəngli kitab, dərs vəsaiti deyil, sinfidən xaric oxu da deyil və həm də Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyib. Sadəcə müəllimə xanımlardan birinin uşaqlara yazığı gəlib, gedib bu kitabı çap etdirib. Digər bir müəllimə isə kitabı çap olunan müəlliməyə yazığı gəlib. Deyib, əşi, onsuz da dərs ilinin axırıdı, 50 qəpikdən satıb verərəm pulunu... O da aparıb 2006-cı ildə çap etdirdiyi bu kifsimiş kitabın mətbəə xərclərini ödəyər. Həm də 2009-cu ildə...
* * *
Bu gün bəzi məktəblərimiz “məktəb paltarı”nın satışında həddindən artıq zəiflik nümayiş etdirirlər. Daha doğrusu mövcud potensialdan maksimum istifadə edə bilmirlər. Bu da nəticədə ölkə iqtisadiyyatına və xüsusən də birbaşa məktəb büdcəsində əlavə problemlər yaradır. Təklif edirəm ki, bu kimi məsələlərə kompleks yanaşmaq daha zəruridir. İlk növbədə məktəblərin sinif otaqlarının birində paltar sexi açmaq, oranı Çin avadanlıqları ilə təmin etdikdən sonra dərhal istehsala başlamaq lazımdır. Bununla həm milli istehsal inkişaf edər, həm şagirdlərin geyim problemi kökündən həll olunar, həm məktəb büdcəsi sevinər, həm də valideynlərin aeroport yolunda canı çıxmaz. Digər və ən mühüm məsələ isə sex məsələsinə məktəbdə ora-bura qaçıb şalvarının paçasını partladan uşaqlar da sevinərlər...
Müəllimin də qiyməti var...
Bu gün Azərbaycan nəinki regionda, hətta dünyada yeganə dövlətdir ki, burada müəllim peşəsi həqiqətən də çox yüksək qiymətləndirilir. Məsələn, əvvəllər şəhər məktəblərində işə düzəlmək üçün yalnız qonaqlıq və ya xırda-para hədiyyə verirdinsə, bu gün onu edə bilmərsən. Əks təqdirdə müəllim peşəsinin şərəf və ləyaqəti ilə oynamış olarsan. Əlbəttə, bu gün Bakı məktəblərində müəllim işləmək üçün onun layiqli “qiymətini” verməlisən. Bunun üçün ilk növbədə təhsillə məşğul olan yuxarı strukturlarda müraciət etməlisən. Onlar səni çox mehribanlıqla qarşılayar və Bakı şəhərinin məktəblərinin katoloqunu qarşına qoyurlar. İstəyirsən şəhərin bu başı, istəyirsən o başı... Sonra seçdiyin, daha doğrusu “qiymətləndirdiyin” məktəbə yollanırsan. Məktəb direktoru və yaxud da ən pis halda direktorun müavini sənin pişvazına çıxır, ədəb-ərkanla qarşılayır, kabinetinə dəvət edir, katibə xanım xüsusi əda ilə çay gətirir və s... Sizcə, bu mexanizm Azərbaycandan başqa hansı ölkədə var? Və yaxuda müəllim peşəsinə Azərbaycandan başqa hansı ölkədə belə yüksək qiymət verirlər? Əlbəttə, heç yerdə... Mən fikrimi qətiyyətlə, dəyanətlə deyir və arxasında da dururam. Ona görə ki, internetdə bir neçə ölkənin təcrübəsinə baxmışam, lakin Azərbaycanda olduğu kimi məktəbə, müəllimə bizdə olduğu kimi qayğı, hörmət, izzət görməmişəm. Xüsusilə də Bakı şəhərində...
Azərbaycanda bu peşəyə hörmət və ehtiram o qədər yüksəkdir ki, hörmətli Mərdanov müəllimlərin işə götürülməsi məsələsini birbaşa nəzarət altında saxlayır. Deyilənə görə, cənab nazir müəllimlərin işə götürülməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində Dövlət Proqramı üzərində də işləyir. Bu günlərdə həmin Dövlət Proqramının Nazirlər Kabinetinə təmtəraqla təqdim olunması gözlənilir.
Ümummilli lider Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir.”
Prezident İlham Əliyev də ümummilli liderin müəllimlərlə bağlı siyasətini davam etdirərək demişdir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var.”
2001-/2002-ci tədris ilində ümumtəhsil məktəblərində müəllimlərin sayı (əvəzçilik daxil edilməklə) – cəmi 169280 nəfər, 2003-/2004-cü illərdə 171763 nəfər, 2004-/2005-ci illərdə 173819 nəfər, 2005-/2006-cı illərdə 175154 nəfər, 2006-2007-ci illərdə   177978 nəfər,  2007-/2008-ci illərdə isə 173012 nəfər olmuşdur. Bu fakt bir daha onu göstərir ki, Azərbaycanda müəllim peşəsinə olan maraq təsəvvür etdiymizdən də artıqdır. Bütün bunların fonunda isə nə yazıq ki, şagirdlərin sayında azalma tempi müşahidə olunmuşdur... 
Misir müəllimin Azərbaycan təhsili və yaxud da ictimaiyyəti qarşısında xidmətləri bununla bitmir. O Həzrətin fəaliyyəti çoxşaxəli, çoxçeşidlidir. Yoldaş Mərdanov şagirdlər, müəllimlərlə yanaşı, məktəblərə təyin etdiyi direktorların da maarifləndirilməsi üçün əlindən gələni əsirgəmir. Baxmayaraq ki, həmin direktorların bütün bunlara ehtiyacları yoxdur. Onlar zatən doğuşdan yetənəklidirlər. Həmçinin pedaqoji idarəetməni həmkarlarından daha yaxşı bildikləri üçün məktəblərdə baş müəllim statusuna yiyələniblər. Amma Misir müəllim bununla kifayətlənmir. Məktəb direktorlarını daha da təkmilləşdirir. Buna misal olaraq məktəb direktorlarının kompüter biliklərinə yiyələnmələri üçün göstərdiyi səylər sözün əsl mənasında qəhrəmanlıqdır. Fərz edək ki, bu addımı ilə M.Mərdanov işğal altında olan iki kəndi danışıqsız, döyüşsüz geri alıb. Nə olsun ki, məktəb direktorudurlar? Məktəb direktoru gərək hökmən kompüteri öyrənsin? Bu günə kimi vaxtı olmayıb, bundan sonra öyrənər. Çünki dünənə kimi kompüter çatışmırdı. Əgər 4 il bundan əvvəl 1039 şagirdə bir kompüter düşürdüsə, bu gün 26 şagirdə bir kompüter düşür. İndi Misir müəllim çalışırı ki, hər şagirdə bir kompüter düşsün. Digər tərəfdən buna kimi daha ciddi və zəruri işlərlə məşğul olub. Vaxtı-vaxtında fond pulları və digər xərclərin yığılması, dərs bölgüsü, təmir-tikinti və s. işlərlə məşğul olub. Hətta bu işlərin çoxluğundan özünün dərs saatlarına belə girə bilməyib. Sağ olsun müəllim və ya müəllimə yoldaşlar, onu yola veriblər. Bundan sonra kompüteri də öyrənər və hətta bilgisayar ixtiraçısı Bil Qeytsi də geridə qoyar...
*    *    *
Respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində mövcud olan ən ciddi problem təlim-tərbiyə müəssisələrinin pedaqoji kadrlarla təminatı ilə əlaqədardır. Bu gün respublikanın 1500 dən çox məktəbində 10-dan çox fənn üzrə 40-50 min saatdan çox dərs yükü 4500 nəfərdən çox qeyri-ixtisaslı kadrlar tərəfindən tədris olunur. Belə olan halda hansı keyfiyyətdən söhbət aça bilərik.
Pedaqoji kadrlara olan tələbat daha çox kənd yerlərinin payına düşür. Kadr çatışmazlığı səbəbindən bu gün respublikanın 400-dən çox məktəbində xarici dil tədris edilmir və şagirdlər faktiki olaraq həmin fəndən biliklərə yiyələnmək imkanından tamamilə məhrum olmuşlar. Bu günlərdə təhsil naziri Misir Mərdanovun “525-ci qəzet”dəki silsilə yazılarını oxuyanda cənab nazirin səbrinə heyran olmaya bilmirsən. Daha çox əcnəbi təhsil sistemindəki müsbət meyarlardan bəhs olunan yazılarda Azərbaycan ali məktəblərdəki vəziyyətlə müqaisəli təhlili aparılıb. Hörmətli Mərdanovun yazdıqları Azərbaycan reallıqlarını qətiyyən əks etdirmir. O yazılanlar bir nazir kimi bəlkə də Mərdanovun arzularıdır. Hansı ki, çin olmayan arzuları...     Dərslik fəlakəti
Bu gün uşaqlarımıza Koroğlu olmağın sirlərini öyrədən orta məktəb dərslikləri onları fəlakətə sürükləyir. Bu gün bəlkədə həmin dərslik müəllifləri problemin mahiyyətinə varmırlar, sadəcə kitab dolsun deyə, qaçaq-quldurdan söz açırlar. Koroğlunun Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyətində hansı müsbət izləri olub… Yol kəsib, xəraj almaqdan başqa. Alı kişinin oğlunun örnək üçün sübut olunası bir şeyi yoxdur. Ən yaxşı halda Koroğlu sadəcə cahiliyyət dövründə yaşamış, inkişaf etməyən, formalaşma mərhələsinə qədəm qoymayan bir xalqın vurub-tutan qoçularından ola bilər. Belə olan təqdirdə «niyə mənim uşağım XXI  əsrdə Koroğlu olmağın sirlərinə» yiyələnməlidir. Həm də çox qəliz dildə yazılmış, heç bir məntiqə əsaslanmayan nümunələrlə. Məsələn: «»
Burada məntiq yox, rəzalət var. Bu rəzalət isə fidanlarımızın beynində üfunət yaradır.
Gəlin, uşaqlarımız üçün Azərbaycan tarixində əbədiyaşar Dədə Qorqud dastanına müraciət edək. Necə ki, edirik, amma təəssüf ki, çox sonralar. Koroğlu olandan sonra bizə Dədə Qorqud olmağı öyrədirlər. Dastanın hər bir boyu millətin tarixini, ədəbiyyatını, mənəviyyatını, mədəniyyətini, qəhramanlığını aşılayır. Dastan elə böyük elmi-mənəvi yükə malikdir ki, onun sosial-fəlsəfi mahiyyətini 1-11-ci siniflərə hər gün tədris etsən belə bəs etməz.   
Naşukurluk edirik...
Bu gün Azərbaycanla yanaşı, qonşu ölkələrdə yaşayan soydaşlarımıza da Təhsil Nazirliyimiz tərəfindən dərsliklər göndərilir. Bu da o deməkdir ki, hörmətli Mərdanov həzrətləri nəinki Azərbaycanda, hətta Gürcüstanın qədim və ulu Borçalı hissəsind򓗑bə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni də qane etmir. Düzdür, xanım Abbaszadə kreditlərin xərclənmə qaydalarına irad bildirmir. O ümumilikdə qəbul imtahanlarında uşaqların zəiflik göstərdiyini iddia edir. Deməli, aparılan islahatlar müsbət effekt verməmişdir. Əks təqdirdə qəbul imtahanlarının nəticələri tamam başqa cür olardı.  
Hər halda burdan belə bir nəticə hasil olur ki, Misir müəllimin gecə-gündüz beynəlxalq maliyyə qurumlarına dil töküb, milyonlar alıb Azərbaycanda təhsil islahatlarının sürətləndirilməsinə sərf etməsinə baxmayaraq heç kimə yarına bilmir. Nə isə. İndi görək alınan milyonlarla kreditin taleyini necə həll ediblər?
İlk əvvəl 1999-2004-cü illər üzrə görülmüş işlərə nəzər salaq. Belə ki, Dünya Bankının təsnifatına əsasən, Birinci Təhsil İslahatı Layihəsi üzrə ayrılmış Kredit mahiyyətcə öyrədici və innovasiya krediti olmuşdur. Yəni, bu kiçik həcmli (?) kreditin əsas məqsədlərindən biri Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqların formalaşdırılması, Bankın təlimatlarına uyğun şəkildə fəaliyyət göstərə bilən kadr potensialının hazırlanması, habelə, pilot məktəblərində və institutlarında təhsil innovasiyalarının tətbiqinə başlanması və innovasiya təşəbbüslərinin dəstəklənməsidir. Bu “kiçik həcmli” layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğin də yalnız 500 min dolları Azərbaycan Hökumətinin payına düşüb. Ay bu biçarə və zəlil millətin yuxulu nümayəndələri bunların kiçik həcm dedikləri 5,5 milyon ABŞ dolları ilə bizim kəndi bir əsr saxlamaq olar.  
Layihə dövründə bütövlükdə Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarının 97,08 faizi, Azərbaycan Respublikasının 500.000 ABŞ dolları dəyərində payının isə 89,39 faizi xərclənib. Göründüyü kimi, cənab Mərdanovun dünya malında gözü yoxdur. O, nəinki Azərbaycan hökumətinin ayırdığı 500 min ABŞ dollarının axırına çıxmayıb, hətta mərkəzi ofisi gözdən-könüldən uzaq olan Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarından belə (97,08 faizini xərcləyib) “damazlıq” saxlayıb.   
Yoldaş Mərdanovun təhsilimizin inkişafı üçün aldığı kreditlər təkcə Dünya Bankı ilə məhdudlaşmayıb. Bu da o deməkdir ki, Misir müəllimin əli-qolu uzundur, istədiyi beynəlxalq maliyyə qurumundan istədiyi qədər kredit ala bilər. Təki VƏTƏN TƏHSİLİ yaşasın, inkişaf etsin. Bunun üçün ağız açıb, dil tökməyə nə var ki...
Əlbəttə, Mərdanov həzrətləri gecələr yatmırdı. Nə olur-olsun əlavə kreditlər cəlb etməklə şagirdlərin qəbul imtahanlarındakı nəticələrini Məlekyə xanımın qane olacağı  səviyyəyə qaldırmaq lazım idi. Bəli, odur, üfüqdə işıq görünür. Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrılır. Dünya Bankının təsnifatına əsas601;bə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni də qane etmir. Düzdür, xanım Abbaszadə kreditlərin xərclənmə qaydalarına irad bildirmir. O ümumilikdə qəbul imtahanlarında uşaqların zəiflik göstərdiyini iddia edir. Deməli, aparılan islahatlar müsbət effekt verməmişdir. Əks təqdirdə qəbul imtahanlarının nəticələri tamam başqa cür olardı.  
Hər halda burdan belə bir nəticə hasil olur ki, Misir müəllimin gecə-gündüz beynəlxalq maliyyə qurumlarına dil töküb, milyonlar alıb Azərbaycanda təhsil islahatlarının sürətləndirilməsinə sərf etməsinə baxmayaraq heç kimə yarına bilmir. Nə isə. İndi görək alınan milyonlarla kreditin taleyini necə həll ediblər?
İlk əvvəl 1999-2004-cü illər üzrə görülmüş işlərə nəzər salaq. Belə ki, Dünya Bankının təsnifatına əsasən, Birinci Təhsil İslahatı Layihəsi üzrə ayrılmış Kredit mahiyyətcə öyrədici və innovasiya krediti olmuşdur. Yəni, bu kiçik həcmli (?) kreditin əsas məqsədlərindən biri Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqların formalaşdırılması, Bankın təlimatlarına uyğun şəkildə fəaliyyət göstərə bilən kadr potensialının hazırlanması, habelə, pilot məktəblərində və institutlarında təhsil innovasiyalarının tətbiqinə başlanması və innovasiya təşəbbüslərinin dəstəklənməsidir. Bu “kiçik həcmli” layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğin də yalnız 500 min dolları Azərbaycan Hökumətinin payına düşüb. Ay bu biçarə və zəlil millətin yuxulu nümayəndələri bunların kiçik həcm dedikləri 5,5 milyon ABŞ dolları ilə bizim kəndi bir əsr saxlamaq olar.  
Layihə dövründə bütövlükdə Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarının 97,08 faizi, Azərbaycan Respublikasının 500.000 ABŞ dolları dəyərində payının isə 89,39 faizi xərclənib. Göründüyü kimi, cənab Mərdanovun dünya malında gözü yoxdur. O, nəinki Azərbaycan hökumətinin ayırdığı 500 min ABŞ dollarının axırına çıxmayıb, hətta mərkəzi ofisi gözdən-könüldən uzaq olan Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarından belə (97,08 faizini xərcləyib) “damazlıq” saxlayıb.   
Yoldaş Mərdanovun təhsilimizin inkişafı üçün aldığı kreditlər təkcə Dünya Bankı ilə məhdudlaşmayıb. Bu da o deməkdir ki, Misir müəllimin əli-qolu uzundur, istədiyi beynəlxalq maliyyə qurumundan istədiyi qədər kredit ala bilər. Təki VƏTƏN TƏHSİLİ yaşasın, inkişaf etsin. Bunun üçün ağız açıb, dil tökməyə nə var ki...
Əlbəttə, Mərdanov həzrətləri gecələr yatmırdı. Nə olur-olsun əlavə kreditlər cəlb etməklə şagirdlərin qəbul imtahanlarındakı nəticələrini Məlekyə xanımın qane olacağı  səviyyəyə qaldırmaq lazım idi. Bəli, odur, üfüqdə işıq görünür. Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrılır. Dünya Bankının təsnifatına əsasən, mahiyyətcə bu, Proqrama Uyğunlaşdırılan Kreditdir. Azərbaycan Hökumətinin Layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil edəcək. Donor təşkilatı kimi, Açıq Cəmiyyət İnstitutu (Azərbaycan) öz maliyyə vəsaitinin qoyuluşu hesabına təxminən 200 min ABŞ dolları məbləğində Layihəyə texniki yardım göstərəcəkdir.
Təhsil Sektorunun İnkişafı Layihəsinin (2003-2007) birinci mərhələsində ümumi təhsilin yeni keyfiyyət mərhələsinə yüksəldilməsinə xüsusi diqqət yetirilib. İkinci mərhələdə islahat tədbirlərinin coğrafiyası genişlənəcək.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) 2008-2013-cü illəri əhatə edəcək. Bu Layihənin məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb kitabxanaları əldə etmiş və ixtisasartırmadan keçmiş müəllimlərin çalışdığı məktəblərdə təlim nəticələrinin yaxşılaşdırılması və ümumi təhsildə xərclərin səmərəliliyinin artırılmasıdır. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) 5 il müddətində həyata keçiriləcəkdir. Büdcəsidə Azərbaycan Təhsil Nazirliyinin təbirincə desək, “kiçik həcmli”dir: 45.4 milyon ABŞ dolları... Bu məbləğin də 25 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının krediti, 20.4 milyon ABŞ dolları isə Azərbaycan hökumətinin payına düşüb. 
Düzdür, Azərbaycan təhsilinə daxil olan milyonlar bununla bitmir, amma mən bu siyahını bitirmək istəyirəm. Açığı, bu “kiçik həcmli” (5.5, 18, 45.5 milyon dollar) rəqəmləri görəndə başım gicəllənir...
Nəticə isə göz qabağındadır. Şəxsən bəndənizin doğulduğu kənddəki məktəbdən son 10 ildir ali məktəbə daxil olan yoxdur. Yalan deyən də, inanmayan da ermənidir. Al bu da sənə “kiçik həcmli” milyon dollarların töhfəsi//////...
Hələ Dövlət Büdcəsindən cənab Mərdanovun 11 illik nazirliyi dövründə təhsilə ayrılan vəsaitləri xatırlayanda az qalırsan ki, divara dal-dalı çıxasan...
* * *
Son illərdə texniki – peşə təhsilinin inkişafına ayrılan büdcə vəsaitini görəndə heyrətini gizlədə bilmirsən. Bəli, Mərdanov yoldaş texniki peşə təhsilinin inkişafı üçün dövlətin milyonlarını xərcləyir, biz isə onun fəaliyyətinə gölgə salacaq söz-söhbətlər edirik. Heç bizlərə yaraşarmı ki, 2003-cü ildə 4.6, 2004-cü ildə 5.6, 2005-ci ildə 7, 2006-ci ildə isə 9.7 milyon AZN xərcləyən bir nazir haqqında olmazın söz-söhbətlər edək? Sizə və yaxuda elə bizə kim ixtiyar verib ki: “Azərbaycan Respublikasında texniki – peşə təhsilinin İnkişaf Proqramı” (2006-2009-cu illər) işləyib təsdiq üçün Nazirlər Kabinetinə təqdim edən nazir haqqında köndələn danışaq?
Yaddan çıxmamış onu da deyim ki, cari ildə təkcə məktəb tikintisinə 47 milyon manati vəsait ayrılıb. Necədü səənçüün?
Xüsusi olaraq...
Ədalət naminə qeyd edək ki, Misir müəllim xalqa açıq nazirlərdəndir. Onu tez-tez dükan-bazarda tək görməyə alışmışıq. Məsələn, mən onu bir dəfə Qələbə kinotetrının yaxınlığındakı dükanların birində qıfıl axtaranda görmüşəm. 
Son olaraq...
Hörmətli oxucu! Orta məktəbdə 2 uşağım oxuyur. Onların hansı məktəbdə oxuduqları əsas deyil... Əsas odur ki, yuxarıda bəhs etdiklərim Azərbaycan məktəblərində – yəni Təhsil Nazirliyinə tabe olan təhsil müəsisələrində baş verir.  
Diqqətinizə çatdırım ki, 1-ci sinifdə oxuyan oğlumdan razıyam. Cari dərs ilini “əla” qiymətlərlə başa vurur. İkinci sinifdə oxuyan oğlumun isə müəlliməsindən razıyam. Allah da ondan razı olsun, çox diqqətli və tələbkardır. Cari dərs ilinin bitməsinə iki ay qalsa da dükandan aldığım “Məktəb kitabçası”nda “2” qiymətindən yer yoxdur.  Deyirəm, a bala, bunlar nədir? Deyir, ata, müəllimə deyir ki, bu hələ harasıdır...

Elvin  N  XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-92.html