Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Novruz Məmmədov: “Münaqişənin ədalətli həlli Ermənistana daha çox lazımdır”
15.03.10 21:21

“Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutaraq məsələyə son qoymaq niyyətində deyil. Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib. N.Məmmədov qeyd edib ki, ermənilər gələcək talelərini düşünməli və faciələrinin qarşısını almalıdırlar. Onun sözlərinə görə, Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutaraq münaqişənin həllinə təminat verməkdir.PA-nın şöbə müdri danşıqlar prosesinin hazırki vəziyyətinə də münasibət bildirib. Qeyd edib ki, həmsədrlər proseslə əlaqədar səylər göstərirlər. “Onlar Ermənistanın xarici işlər naziri ilə görüşməlidirlər. Bu görüşdən sonra ola bilsin ki, bölgəyə səfər etsinlər. Həmsədrlər Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər”,-deyə N.Məmmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-919.html