Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır”
15.03.10 21:21

Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş çıxış edib. “Ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi iradə göstərəcək. Çox qəti addımlar atılmalıdır. İnanmaq istəyirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”,- deyə Joao Soareş bildirib. Qeyd edək ki, Bakıda səfərdə olan ATƏT PA-nın sədri J.Soaresin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, prezident İlham Əliyev tərəfindən qəbul olunacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-918.html