Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib
16.03.10 03:20

Səbail rayon İcra hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə 189 saylı orta məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər. Tədbiri giriş sözü ilə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Bela Cəlilova açaraq müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail rayon Məhkəməsi, Bakı şəhər Narkoloji Dispanseri, QİÇS-lə Mübarizə Mərkəzi, rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların Profilaktika işinin təşkili və Narkomaniya ilə Mübarizə bölmələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəhbəri Xalidə Bayramova rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
URL / WWW
http://kelam.az/article/a-916.html