Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
11.03.10 22:27

Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın yerinə yetirilməsi istiqamətində komissiya və aidiyyatı dövlət təşkilatları bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər.Ə.Həsənov bildirib ki, ötən dövr ərzində görülmüş işlərin təhlili, onların səmərəliliyinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin icra mexanizmləri müzakirə edilərək müvafiq qurumlara əməli kömək göstərilib. İclasda Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev çıxış edərək 2009-cu il ərzində görülən işlər barədə məlumat verib. İclasda həmçinin, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək müzakirə olunan mövzularla bağlı KİV-lərdə maarifləndirici layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-910.html