Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
11.03.10 22:27

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə “İNTERSAFETY” Terrorizim, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeninin təqdim olunması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) MDB üzrə nümayəndəsi Vəli Yusifov bildirib ki, beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, tolerantlığın təmin edilməsinə, həmçinin Qafqazda dinlərarası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhvələrə görə A.Paşazadə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninə layiq görülüb. Mərasimdə V.Yusifov təşkilatın “Aypara və Ulduz” ordenini Bütün Qafqazın Şeyxinə təqdim edib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu mükafatın ali dərəcəsinin ilk laureatlarından olub.
URL / WWW
http://kelam.az/article/a-909.html