Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
11.03.10 22:27

“Birləşmiş Millətlər Təşkilatı dünyada narkotik vasitələrin üç tranzit marşrutunu öz hesabatına daxil edib. Bunlar Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Azərbaycan-Orta Asiya və Əfqanıstan-İran-Azərbaycan marşrutlarıdır. BMT Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olmasını bilsə də, bunu öz hesabatlarına daxil etmək istəmir. Bu gün ermənilərin nəzarətində olan Dağlıq Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanı hesab olunur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov çıxış edib. Ə.Həsənov bildirib ki, Dağlıq Qarabağ hazırda həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən birinə çevrilib. Onun sözlərinə görə, burada baş verən cinayət əməlləri barədə real faktlar dünya birliyinə, beynəlxalq qurumlara məlum olsa da, həmin təşkilatlar nədənsə bu məsələyə laqeyd yanaşırlar. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hökuməti dəfələrlə qeyd olunan problem haqqında ATƏT-ə, BMT-yə və digər beynəlxalq təşkilatlara bütün detalları ilə məlumat versə də, bu qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotika ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərməyiblər.
URL / WWW
http://kelam.az/article/a-908.html