Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
11.03.10 22:27

Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. A.Paşazadə qeyd edib ki, bu sammit aprelin 27-29-u tarixlərində təşkil olunacaq. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün hazırlıq prosesləri davam etdirilir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bütün Qafqazın Şeyxi tədbirdə 150-dək dini liderin iştirak edəcəyini bildirib. “Onların hər biri müxtəlif dövlətlərdə milyonlarla insanı öz ətrafında birləşdiriblər. Təkcə Pravoslav Kilsəsindən 11 patriarxın tədbirdə iştirakı dəqiqləşib. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcək”,-deyə A.Paşazadə qeyd edib. O, sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyini bildirsə də, onun Azərbaycana gələcəyinə inanmadığını söyləyib. Şeyx dəvətin QMİ tərəfindən yox, MDB Dinlərarası Məşvərət Şurası tərəfindən həyata keçirildiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-907.html