Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
11.03.10 22:27

ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Bosniya-Herseqovinadan olan Dunya Miyatoviç təyin olunub. Üç il müddətinə bu vəzifəni icra edəcək D.Miyatoviç bu postda Mikloş Haraştini əvəzləyəcək. Xatırladaq ki, D.Miyatoviç kütləvi informasiya vasitələri haqqında qanunvericilik sahəsində mütəxəssisdir. Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. D.Miyatoviç bu posta seçilən ilk qadındır. O həmçinin media eksperti qismində Ermənistan, İordaniya, Serbiya, Qaradağ, Sloveniya, Avstriya, Mərakeş və İraqda da çalışıb.
URL / WWW
http://kelam.az/article/a-906.html